Bakı 2015
I Avropa Oyunlarının bayrağı “Heydər zirvəsi”ndə - FOTO
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Bakı-2015 ilk Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) protokol şöbəsinin əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər.
AZƏRTAC Bakı-2015-ə istinadla xəbər verir ki, Azərbaycanda ən yüksək yaşayış məntəqəsi olan Qubanın Xınalıq kəndindən başlayan yürüş dəniz səviyyəsindən 3751 metr yüksəklikdə Qızıl Qaya silsiləsində yerləşən zirvəyədək davam edib. Ulu Öndərin əziz xatirəsini yad etmək və çoxmillətli kollektivin dərin ehtiramını bildirmək məqsədilə keçirilmiş bu yürüşdə iştirak edən BEGOC-un əməkdaşlarından Royal Şirinov və Zaur Xəlilov birinci Avropa Oyunlarının bayrağını “Heydər zirvəsi”nə qaldırıblar. Zirvəyə ilk dəfə yürüş etdiyini deyən Zaur Xəlilov səfərin ekstremal vəziyyətdə həyata keçdiyini vurğulayaraq deyib: “Səyahət zamanı ildırım və şimşək çoxlarını geri qayıtmağa vadar etdi. Dizə qədər qar, aydın olmayan yollar və qar altında itmiş işarələr də əlavə çətinlik yaradırdı. Dumana görə 4-5 metr aralıda olanları görə bilmədiyimiz üçün qabaqda nəyə rast gələcəyimizdən xəbərsiz idik”.
Zirvəyə qalxmaqdan böyük fəxr hissi duyduğunu bildirən Royal Şirinov da yürüşün çətinliyi barədə belə danışıb: “Bu, adi bir missiya deyildi. Zirvəyə qalxmaq hər nə qədər çətin olsa da, bunun öhdəsindən gəlməli idik. Hava şəraitinin kəskin dəyişməsi heç də asan yürüşün olmayacağından xəbər verirdi. Günorta saatlarında biz artıq məqsədimizə çatdıq və “Heydər zirvəsi”ndə qürurla Bakı-2015-in bayrağını dalğalandırdıq”.
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)
