Bakı 2015
Beyləqan və Xocavənd məşəli gözləyir
Şəhər və rayonlarımızı dolaşan I Avropa Oyunlarının məşəli dünən İmişlidən sonra Qarabağın cəbhə xəttində yerləşən Horadiz şəhərini gəzib. Cəbhə xəttində məşəl estafeti tədbiri saat 21:30-da yekunlaşdırılıb.
Publika.az xəbər verir ki, məşəlin yol aldığı növbəti məkan ölkənin cənub-qərbində Kür-Araz ovalığında yerləşən Beyləqandır. 93600 nəfər əhalisi olan bölgədə ənənəyə uyğun olaraq məşəl estafeti olacaq. Məşəl estafeti sabah 12:00-da baş tutacaq. Qarşılama mərasimi saat 13:00-da Heydər Əliyev parkında, tədbirin yekunlaşdırılması isə saat 13:30-da olacaq.
Məşəl estafeti daha sonra Beyləqandakı Yeni Xocavənd qəsəbəsində davam edəcək. 42800 nəfərlik əhalisi olan qəsəbədə saat 16:00-da məşəl estafeti, 17:00-da Bayraq meydanında qarşılama mərasimi baş tutacaq. Tədbirin yekunlaşdırılması isə saat 17:30-da olacaq.
Məlumat üçün bildirək ki, Yeni Xocavənd qəsəbəsi Qarabağda, 1994-cü ildə Azərbaycanın Ermənistanın işğalından azad etdiyi yeni kiçik şəhərdir. Üzüm və yaşıl mərməri ilə məşhurdur.
Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib dolaşacaq və açılış mərasimində Bakı “Olimpiya” stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.
10 iyun məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.
Aygün İlqarqızı
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)
