Bakı 2015
İlin atıcısı idman elçisi oldu
İtaliyalı atıcı və Olimpiya çempionu Nikola Kamprianinin I Avropa Oyunlarının idman elçisi olacağı açıqlanıb.
Publika.az xəbər verir ki, Nikola Kampriani London Yay Olimpiya Oyunları zamanı, tüfənglə atma üzrə ilk yarışda 2 olimpiya rekorduna imza ataraq və ikinci yarışda Olimpiya rekordunu təkrarlayaraq, 1 qızıl və 1 gümüş medal qazanıb. O, 2012-ci ildə BAF tərəfindən “İlin atıcısı” elan olunub və 2013-cü ildə elm, idman mühəndisliyi sahəsi üzrə təhsilinin magistr pilləsini bitirib.
Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq bu barədə bu barədə belə danışıb:
“Bakı 2015 I Avropa Oyunlarının başlanmasına 36 gün qaldığı bir vaxtda Nikola Kamprianinin idman elçiləri arasına daxil olması coşqunu daha da artırır. Nikola mübarizə apardığı idman növü üzrə gücünü sübut etmiş Olimpiya çempionudur və biz tamaşaçı kütləsini ruhlandırmağa qadir beynəlxalq idman elçilərimizin sırasına dünyanın daha bir aparıcı idmançısını əlavə etməkdən məmnunluğumuzu bildiririk”.
Bakı 2015-in idman elçiləri mübarizə apardıqları idman növünü təmsil edəcək. Həmçinin Avropa Oyunlarını təbliğ etmək məqsədilə, Avropada və sosial mediada aparılan marketinq kampaniyalarında iştirak edəcəklər.
Nikola Kampriani isə öz hisslərini bu cür bölüşüb:
“İlk Avropa Oyunlarının idman elçisi olduğum üçün çox həyəcanlıyam və qitənin aparıcı idmançıları ilə bir sırada yer almaq mənə qürur hissi verir. Dünyanın müxtəlif yerlərində I Avropa Oyunlarının nüfuzunu artırmaq məqsədilə, mənim üçün yaradılacaq imkanı səbirsizliklə gözləyirəm”.
İtaliya Olimpiya Komitəsinin prezidenti cənab Covanni Malaqo isə Nikola Kamprianinin idman elçisi olmasını mükəmməl seçim adlandırıb:
“Nikola Kampriani Bakı 2015-in Elçi proqramı üçün mükəmməl
seçimdir. Bakı 2015-ə gedən yolda onun Oyunları təbliğ etmək, bütün
idmançılarımız üçün coşğu və dəstəyin yaradılması məqsədilə,
əlindən gələni edəcəyinə şübhəm yoxdur”.
Qeyd edək ki, Bakı 2015-in atıcılıq üzrə yarışları iyunun 16-da yeni tikilmiş Bakı Atıcılıq Mərkəzində başlayacaq. 330 idmançı 3 yarış üzrə 19 medal uğrunda mübarizə aparacaq.
-
Ekologiya18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto
-
İdman16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 14:38Baş nazir qərar imzaladı
-
Rəsmi xronika13:47Prezident Özbəkistana yeni səfir təyin etdi
-
Qoroskop13:10İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir
-
İdman12:49DÇ-2026 zamanı şübhəli mərc - İspaniyanın bu oyununa 4,8 milyon pul qoyulubmuş
-
Dünya12:28Tramp bu ölkənin rəhbərlərini təhqir etdi - “Alçaqlar və dəlilər”






































