Bakı 2015
Faiq Ağayev: “Avropa Oyunları bizim üçün ermənilərə gözdağı vermək şansıdır”
“Bakı-2015” Birinci Avropa Oyunlarına 35 gün qalır. Azərbaycan böyük bir beynəlxalq yarışa ev sahibliyi etməyə tam hazırdır. Hazırlıq prosesində iştirak edib-etməməsindən asılı olmayaraq, hər kəsin diqqəti Birinci Avropa Oyunlarına yönəlib.
Ölkəmizdə tanınmış şəxslər də bu prosesə çox fəal qoşularaq vətəndaş mövqeyi nümayiş etdirir.
Xalq artisti Faiq Ağayev Publika.az-a açıqlamasında hazırlıq prosesini izlədiyini və yüksək qiymətləndirdiyini deyib. O da hadisənin Azərbaycan üçün əhəmiyyətli olduğu qənaətindədir:
“Avropa Oyunlarının Azərbaycanda keçirilməsini tam dəstəkləyirəm. Bundan öncə “Eurovision” musiqi yarışmasının vətənimizdə keçirilməsini necə ürəyimcəydisə, buna da elə sevinirəm. Çünki belə tədbirlər ölkəmizi xaricilərə tanıtmaq şansıdır. Ən azından bu yolla biz Qarabağ dərdimizi bütün dünyaya anlada bilərik. Bu, bizim üçün ermənilərə göz dağı vermək şansıdır. Bayrağımızı yüksəklərə qaldırmaq, idmançılarımızın uğurlarını görmək şansıdır. Düşünürəm ki, bu oyunların Azərbaycanda keçirilməsi ölkəmizə böyük xeyir gətirəcək. Bütün hərfləri böyük olmaq və sonda 3 nida işarəsi qoymaqla DƏSTƏKLƏYİRƏM!!!”
Faiq Ağayev yarışları canlı izləmək niyyətindədir. Ancaq bilet almayıb:
“Hələ vaxt var. Biletləri bu səbəbdən almamışam. Alacağam. Biletlər hələ ki satışda var”.
İsa Şükürov
-
MDB15:40Yeni Buça dəhşəti - 37 ölü, 42 yaralı var(YENİLƏNDİ)
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
Magazin214:55Ağır xəstə olan Selin Dion iki ildən sonra pərəstişkarları ilə görüşdü - FOTOLAR
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı





















.jpg)




.webp)






.jpg)

.jpg)