Bakı 2015
“İdmançılarımız Avropa Oyunlarının əhəmiyyətini yaxşı dərk edirlər”
Boks üzrə Azərbaycan millisinin məşqçisi Nəriman Abdullayev Avropa Oyunları ilə bağlı fikirlərini bildirib.
Məşqçi Publika.az-a açıqlamasında ölkəmizdə keçiləcək ilk Avropa Oyunlarının idmançılarımıza müsbət təsiri olacağını deyib:
"Bakı 2015 Birinci Avropa Oyunlarında iştirak edəcək boksçularımız kifayət qədər təcrübəli və tanınmış idmançılardır. Yarışda boks üzrə Azərbaycan yığma komandası 10 idmançı ilə təmsil olunacaq. Yarışacaq boksçularımız ciddi məşqlərə başlayıb. Federasiyamız da Avropa Oyunlarına ciddi hazırlaşır.
İlk dəfə keçiriləcək Avropa Oyunları ölkəmizdə olduğuna görə, üzərimizə beşqat məsuliyyət düşür. İdmançılarımız da bunu çox yaxşı anlayır. Buna görə də, bu yarışa əvvəlkilərdən də ciddi yanaşırlar.
Ümid edirəm ki, bu cür mötəbər turnirdən medallarımız olacaq. Keçirilən məşqlər və yarışların idmançılarımıza psixoloji baxımdan böyük köməyi olub. Bir sözlə keçirdiyimiz bütün məşqlər boksçularımızın I Avropa Oyunlarına hazırlıq prosesinə müsbət təsir edir".
Aygün İlqarqızı
-
Dünya19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı
-
Avropa15:04Papanın ağciyərində düyün aşkarlandı - Əməliyyat olunacaq
-
MDB14:55Putin ad gününü onlarla keçirdi
-
Maraq dünyası14:18Tarakan Xalq Partiyasının rəhbəri azadlığa çıxdı
-
Magazin212:21Stetxemin sevgilisi ideal bədən quruluşunu nümayiş etdirdi - Foto



































.jpg)




