Bakı 2015
“Avropa Oyunları möhtəşəm turnir olacaq”
Artıq Avropa Oyunlarına 36 gün qalıb. Yarışın startı üçün gün sayan idmançılar sırasına boksçularımız da daxildir. London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı boksçu Teymur Məmmədov da bu mötəbər turnirdə qələbə qazanmaq istəyənlərdəndir.
Teymur Məmmədov Publika.az-a açıqlamasında bu cür yarışda medal qazanmağın vacib olduğunu deyib:
“Təbii ki, I Avropa Oyunları möhtəşəm turnir olacaq. Həmişə demişəm - mənim iki arzum var: Birinci Avropa Oyunlarında qalib olmaq və 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında bayrağımızı qaldırmaq”.
Qeyd edək ki, Bakı 2015 I Avropa Oyunlarına hazırlaşan boks üzrə milli komandamız Meksikaya təlim-məşq toplanışına yollanıb. Mayın 24-ə kimi davam edəcək hazırlıq prossesində seçməmizin bütün liderləri iştirak edəcək. Toplanışda komandamızla yanaşı, Meksika, Panama, eləcə də həmin bölgədə yerləşən digər ölkələrin boksçularının iştirakı da gözlənilir.
Millimiz Meksikaya baş məşqçi Pedro Rok, məşqçilər Nəriman Abdullayev və Lazaro Ximenes Martinesin rəhbərliyi altında 17 idmançı ilə yollanıb. İki dəfə dünya, Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov, dünya çempionu Cavid Çələbiyev, Avropa çempionu, dünya çempionatının və Olimpiya oyunlarının mükafatçısı Teymur Məmmədov kimi yığmamızın liderləri hazırlıq prosesinə qatılıblar. WSB liqasında “Baku Fires” klubunun heyətində mübarizə aparan Albert Səlimov, Pərviz Bağırov, Soltan Migitinov və Abdulqadir Abdullayev də milli komandanın heyətinə cəlb olunublar.
Aygün İlqarqızı
-
Dünya19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı
-
Avropa15:04Papanın ağciyərində düyün aşkarlandı - Əməliyyat olunacaq
-
MDB14:55Putin ad gününü onlarla keçirdi
-
Maraq dünyası14:18Tarakan Xalq Partiyasının rəhbəri azadlığa çıxdı
-
Magazin212:21Stetxemin sevgilisi ideal bədən quruluşunu nümayiş etdirdi - Foto



































.jpg)




