Bakı 2015
Avropa çempionu: “Avropa Oyunlarına böyük məsuliyyətlə yanaşırıq”
Avropa çempionu, dəfələrlə beynəlxalq turnirlərin qalibi və 2013-cü ilin ən yaxşı idmançısı adına layiq görülən Radik İsayev I Avropa Oyunlarının önəmli olduğunu deyib.
Publika.az-a danışan R.İsayev bu cür mötəbər turnirin Bakıda keçirilməsini idmanda mühüm hadisələrdən biri kimi qiymətləndirib:
“Bu həm Azərbaycan xalqı, həm də idmançılar üçün önəmlidir. Çox inanıram ki, hər şey yaxşı olacaq. Təbii ki, biz də öhdəmizə düşəni edirik, bu işə böyük məsuliyyətlə yanaşırıq”.
Xatırladaq ki, hazırda dünyada 100 milyondan çox insanın məşğul olduğu taekvondo Birinci Avropa Oyunları müddətində Bakı Kristal Zalında keçiriləcək. Taekvondo idmanı dörd çəki kateqoriyasından ibarətdir. Dörd yarış günü ərzində ümumilikdə 128 kişi və qadın idmançı mübarizə aparacaq.
Aygün İlqarqızı
-
Magazin221:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi




































.jpg)
