Bakı 2015
Avropa Oyunlarının məşəli Zərdabda
Qədim Atəşgah məbədində alovlandırılan birinci Avropa Oyunlarının məşəli Naxçıvandan başlayaraq respublikamızın bir çox rayonlarından keçməklə mayın 12-də Zərdaba gətirilib.
Publika.az xəbər verir ki, Ana Kürün sahilində yerləşən Zərdab şəhərinin Bayraq meydanında məşəlin izdihamlı qarşılanma mərasimi olub. Minlərlə zərdablının sevinc dolu sürəkli alqışları və gül-çiçək yağışı altında rayonun fəal gənclərindən olan Bəxtiyar Nurəliyev Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi.
Beləliklə, məşəlçilərin yürüşü başlandı. On məşəlçi yol boyu düzülən insanların alqışları ilə məşəli bir-birinə ötürərək şəhərin Azərbaycan, Ramiz Kərimov küçələrindən keçməklə milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin ev-muzeyinə, sonra isə Qələbə meydanına gəldilər. Məşəlçilər burada gəmiyə minərək Kür çayında gəzintiyə çıxdılar. Avropa Oyunlarının məşəli daha sonra şəhərin Zərdabi küçəsi, Dədə Qorqud meydanı və Heydər Əliyev prospektindən keçməklə Heydər Əliyev parkına gətirildi.
Parkda yürüşçülər hərarətli alqışlarla qarşılandılar. Şəhərdə 3,5 kilometr məsafə qət edən idmançılar səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırdılar.
Karatenin VKC növü üzrə dünya və iki qat Avropa çempionu, idman ustası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının sonuncu kurs tələbəsi Nərmin Camalzadənin yandırdığı ilk Avropa Oyunlarının çırağı yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi.
Sonra birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Respublikamızın tanınmış incəsənət ustalarının və yerli musiqiçilərin konsert proqramı Zərdab sakinlərinə və qonaqlara ikiqat bayram sevinci yaşatdı.
İlk Avropa Oyunlarının məşəli Zərdabdan Tərtərə yola salındı.
-
Magazin221:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi




































.jpg)
