Bakı 2015
Fərid Mansurov: “I Avropa Oyunları böyük imtahan və məsuliyyətdir”
“Avropa Oyunlarının təşkili respublikamızın dünyadakı nüfuzunu daha da artıracaq” – bu sözlərin müəllifi olimpiya çempionu Fərid Mansurovdur.
O, Publika.az-a açıqlamasında I Avropa Oyunlarının idmançılarımız üçün xüsusi önəm daşıdığını vurğuladı:
“Cənab Prezident İlham Əliyev idmana böyük qayğı göstərir. Oyunların Bakıda keçirilməsi də bunun bariz nümunəsidir. Qitənin ilk oyunlarında iştirak edəcək bütün idmançıları şanslı hesab edirəm. Artıq belə bir mötəbər turnirdə iştirakın özü böyük bir şərəfdir. İdmançılarımızdan əsl qəhrəmanlıq nümunəsi gözləyirik. 12-28 iyunda bütün dünyanın gözü Azərbaycanda olacaq.
Azərbaycanda gələcək nəslin sağlam, vətənpərvər, güclü olması üçün görülən işlər yüksək sürətlə davam etdirilir. Bu gün hər birimiz Azərbaycan vətəndaşı olmaqdan qürur duyuruq.
Əminik ki, doğma divarlar arasında, ev sahibliyi etdiyimiz İlk Avropa Oyunlarında pəhləvanlarımız xalqımıza sevinc bəxş edəcəklər. Avropa Oyunları Azərbaycanın iqtisadi, siyasi və idman həyatında mühüm rol oynayacaq. Ölkəmiz bu yarışlardan sonra dünyada daha da tanınacaq. Azərbaycan 24 ildir müstəqillik dövrünə qədəm qoyub. Avropa Oyunlarının təşkili respublikamızın dünyadakı nüfuzunu daha da artıracaq. İlk Avropa Oyunları Azərbaycanın bütün dünyada nüfuzunu artırmaqla yanaşı, idmanımızın maddi-texniki bazasının güclənməsinə də şərait yaradacaq. Müasir standartlarla inşa edilən idman obyektlərindən xalqımız istifadə edəcək.
Prezident çox gözəl qeyd edib ki, I Avropa Oyunları təşkilatçılıq baxımından Yay Olimpiya Oyunlarından heç də geri qalmayacaq”.
Həmçinin Bakı 2015 I Avropa Oyunlarının Təşkilat Komitəsinin (BEGOC) üzvü olan olimpiya çempionu təşkilatçılıq işlərindən də danışdı:
“İlk Avropa Oyunlarının Bakıda təşkili qarşımızda böyük imtahan və məsuliyyətdir. İnfrastruktur layihələrinin təhvil verilməsinə az qalıb. Bizdən tələb olunan odur ki, idmançılar yaxşı hazırlaşsınlar. Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin yüksək səviyyədə təşkili vacibdir. Bu mərasimlərin daha yaddaqalan olması üçün Təşkilat Komitəsi tərəfindən müvafiq tədbirlər görülür. Təşkilati baxımdan bütün işlər qaydasındadır”.
Aygün İlqarqızı
-
Avropa15:04Papanın ağciyərində düyün aşkarlandı - Əməliyyat olunacaq
-
MDB14:55Putin ad gününü onlarla keçirdi
-
Maraq dünyası14:18Tarakan Xalq Partiyasının rəhbəri azadlığa çıxdı
-
Sağlamlıq13:38Hamının içdiyi bu məhsulun zərərləri də var imiş - Həkimdən xəbərdarlıq
-
Magazin212:21Stetxemin sevgilisi ideal bədən quruluşunu nümayiş etdirdi - Foto
-
Magazin112:05Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Foto
-
İdman10:24Günün oyunları - Afişa
-
MDB10:04Data mərkəzi və yük gəmisi vuruldu
































.jpg)




