Bakı 2015
Vüqar Camalzadə: “Bu tədbirin ilk dəfə olaraq ölkəmizdə keçirilməsi qürurvericidir”
Tanınmış bəstəkar Vüqar Camalzadə Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının ölkəmizə uğur gətirəcəyini bildirib.
Publika.az-a açıqlama verən bəstəkar beynəlxalq tədbiri bayram təntənəsi kimi qiymətləndirib: “Necə ki, “Eurovision” yarışması ölkəmizdə keçirildi və hər kəsin gözü Azərbaycana dikildi, indi də növbəti bir tədbir baş tutacaq. Bu tədbirin ilk dəfə olaraq ölkəmizdə keçirilməsi də qürurverici hadisədir. İlklər hər zaman tarixə qızıl hərflərlə yazılıb. Biz bu möhtəşəm tədbirdə öz mədəniyyətimizi, mətbəximizi, musiqimizi, idmanımızı təmsil edəcəyik. Hər kəsə bəllidir ki, ölkəmizin əleyhinə qara piyar aparan düşmən dövlətlər var. Biz öz əməlimiz, sülhsevər siyasətimizlə onlara sübut edəcəyik ki, heç də belə deyil. Azərbaycan sülhsevər bir ölkədir. Onun zəngin tarixi kökləri və ənənələri var. Bizi əvvəllər neft ölkəsi kimi tanıyırdılar, amma indi həm də mədəniyyəti olan sivil bir xalq kimi tanıyacaqlar”.
Vüqar Camalzadə hər bir Azərbaycan vətəndaşını bu möhtəşəm bayram tədbirində iştirak etməyə səsləyib.
Cəvahir Səlimqızı
-
Avropa15:04Papanın ağciyərində düyün aşkarlandı - Əməliyyat olunacaq
-
MDB14:55Putin ad gününü onlarla keçirdi
-
Maraq dünyası14:18Tarakan Xalq Partiyasının rəhbəri azadlığa çıxdı
-
Sağlamlıq13:38Hamının içdiyi bu məhsulun zərərləri də var imiş - Həkimdən xəbərdarlıq
-
Magazin212:21Stetxemin sevgilisi ideal bədən quruluşunu nümayiş etdirdi - Foto
-
Magazin112:05Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Foto
-
İdman10:24Günün oyunları - Afişa
-
MDB10:04Data mərkəzi və yük gəmisi vuruldu
































.jpg)




