Bakı 2015
MOK: Azərbaycan Avropa Oyunlarının ideal təşkilatçısı olacaq
“Azərbaycan Avropa Oyunlarının ideal təşkilatçısı olacaq və gələcəkdə Olimpiya Komitəsinə çox şey təklif edə biləcək”. Bunu Trend-ə Monteneqro Olimpiya Komitəsinin prezidenti Dyusan Simonoviç deyib.
Publika.az xəbər verir ki, Simonoviç Oyunların Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsini Azərbaycana göstərilən böyük etimad kimi dəyərləndirib: "Bakıda bir neçə dəfə olmuşam. Burada gördüklərim mənə gözəl təəssürat bağışladı. Azərbaycan idmanın inkişafına böyük töhfə verir".
D.Simonoviç qeyd edib ki, I Avropa Oyunları qitə üçün əsl idman çağırışı olacaq: "Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Bakıya son səfərində bəyan etdi ki, şəhər unudulmaz tədbiri keçirməyə tam hazırdır. O həmçinin qeyd etdi ki, Azərbaycan və Monteneqro idman ənənələrinə görə bir-birinə bənzəyir. İdman ənənələri və uğurları baxımından Azərbaycana oxşarlıq görürük".
Komitə prezidenti əlavə edib ki, Azərbaycanda idmanın inkişafına böyük dəstək, idman infrastrukturuna investisiyalar, silsilə ciddi idman yarışlarının uğurla təşkili I Avropa Oyunlarının Bakıda keçirilməsinə əsas verən amillərdir:
"Monteneqro I Avropa Oyunlarına ən istedadlı idmançılarını göndərmək niyyətindədir. Nümayəndə heyətimiz 90 nəfərdən ibarətdir, 56 atlet müxtəlif idman növlərində yarışacaq. 650 min nəfərlik kiçik dövlətimiz olsa da, həmişə böyük gözləntilərimiz və nəticələrimiz olub".
O, diqqətə çatdırıb ki, Oyunlar Azərbaycan və Monteneqro arasında əməkdaşlığın dərinləşməsinə və onun daha da inkişafına xidmət edir.
-
Avropa15:04Papanın ağciyərində düyün aşkarlandı - Əməliyyat olunacaq
-
MDB14:55Putin ad gününü onlarla keçirdi
-
Maraq dünyası14:18Tarakan Xalq Partiyasının rəhbəri azadlığa çıxdı
-
Sağlamlıq13:38Hamının içdiyi bu məhsulun zərərləri də var imiş - Həkimdən xəbərdarlıq
-
Magazin212:21Stetxemin sevgilisi ideal bədən quruluşunu nümayiş etdirdi - Foto
-
Magazin112:05Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Foto
-
İdman10:24Günün oyunları - Afişa
-
MDB10:04Data mərkəzi və yük gəmisi vuruldu
































.jpg)




