Bakı 2015
“Bakı 2015”-in ikinci şanslı qalibi də xanım oldu
Bakı-2015 və rəsmi tərəfdaşı "Tissot" Tahirə Məcidovanı Avropa Oyunlarının ikinci şanslı qalibi elan edib. Tahirə Məcidovanın bilet nömrəsi təsadüfi püşkatma ilə seçilib və o, məşhur İsveç saat markasının hesabına xüsusi hazırlanmış gözqamaşdırıcı kişi və qadın saatı əldə edib.
Publika.az xəbər verir ki, “Bakı 2015”-in Şanslı Qalib kampaniyası onlayn bilet alan yerli tamaşaçılar üçün rəsmi tərəfdaşların təqdim etdiyi dəyərli hədiyyələr üzrə oynanılıb. Növbəti hədiyyələr P&G-dan ailə üçün illik məhsul tədarükü və Nar Mobile-dan ömürlük danışıq paketidir. Bütün Şanslı Qaliblər, həmçinin, Bakı 2015 İlk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə 2 nəfərlik VIP bilet əldə ediblər.
Şanslı qalib Tahirə Məcidova deyib: “Tissot şirkətinin təqdim etdiyi saatlar çox gözəldir və bu, mötəbər tədbirdən yadigar qalan möhtəşəm suvenir olacaq. Hər dəfə bu saatları istifadə edərkən, Avropa Oyunlarının loqosunu təmsil edən rənglər sayəsində Bakı 2015-i xatırlayacayıq! Həm də, heç kimə hər gün arxasına adının həkk olunduğu saat hədiyyə etmirlər. Bu cəhət, bu saatları daha da xüsusi edir. Birinci Avropa Oyunlarının bir hissəsi olacağımız günü, xüsusilə də, açılış və bağlanış mərasimlərini səbirsizliklə gözləyirik”.
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü





































.jpg)
