Bakı 2015
Birinci Avropa Oyunlarının məşəli Naftalanda - FOTO
Birinci Avropa Oyunlarının məşəli mayın 14-də Goranboydan sonra kurortlar şəhəri Naftalana gətirildi. Özünün müalicəvi nefti ilə dünyada məşhur olan Naftalan şəhərinin sakinləri yol boyu düzülərək, ilk Avropa Oyunlarının məşəl estafetini böyük coşqu ilə qarşıladılar.
Naftalan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Tural Məmmədov Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. Dörd kilometr məsafədə məşəli növbə ilə bir-birinə ötürən idmançılar şəhər sakinlərinin alqışlarının müşayiəti ilə Heydər Əliyev parkına gəldilər.
Naftalan uşaq gənclər idman məktəbinin məşqçi-müəllimi Fuad Əliyev burada qurulmuş səhnəyə qalxaraq, çırağı alovlandırdı. Çıraq ilk Avropa Oyunlarının sonunadək “Bakı-2015”in rəmzi kimi Naftalanda saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edildi.
Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılmasını əks etdirən videoçarx göstərildi.
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü





































.jpg)
