Məşəl Göygöl və Nizami yurdunda olacaq
Bizi izləyin

Bakı 2015

Məşəl Göygöl və Nizami yurdunda olacaq

Şəhər və rayonlarımızı dolaşan I Avropa Oyunlarının məşəli dünən Goranboy və Naftalanı gəzib. Naftalanda məşəl estafeti tədbiri saat 18:30-da yekunlaşdırılıb.

Publika.az xəbər verir ki, məşəlin yol aldığı növbəti məkan Göygöldür. 61500 nəfər əhalisi olan bölgədə ənənəyə uyğun olaraq məşəl estafeti olacaq. Məşəl estafeti bu gün 15:00-da baş tutacaq. Qarşılama mərasimi saat 16:00-da Heydər Əliyev parkında, tədbirin yekunlaşdırılması isə saat 16:30-da olacaq.

Məşəl estafeti daha sonra Gəncədə davam edəcək. 327600 nəfərlik əhalisi olan qəsəbədə saat 19:20-də məşəl estafeti, 20:20-də Heydər Əliyev parkında alov festivalı baş tutacaq. Tədbirin yekunlaşdırılması isə saat 21:40-da olacaq.

Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib dolaşacaq və açılış mərasimində Bakı “Olimpiya” stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.

10 iyun məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm