Banklar
Bağlanmış bankların rəhbərlərinin cinayət əməlləri ifşa olundu
Əmanətlərin Sığortalanması Fondu ləğvedici olaraq lisenziyaları geri alınmış və müvafiq məhkəmə qərarları əsasında müflis elan edilmiş bankların idarəetməsini həyata keçirməyə başladıqdan bir müddət sonra müəyyən işlərdə rəhbər vəzifələrdə işləmiş şəxslərin cinayət əməlləri törətdiklərini aşkar edib.
Fonddan Publika.az-a verilən xəbər görə, ləğvetmə prosesində olan bir sıra banklar lisenziyaları ləğv edilənə qədər fəaliyyət göstərən zaman rəhbər vəzifələrdə işləmiş bəzi şəxslər vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərini aşma, mənimsəmə, dələduzluq ediblər.
Belə ki, həmin şəxslər bankın müştərilərini onlara məxsus əmlaklarını sataraq əldə olunmuş vəsaiti kredit borcunun bağlanılmasına yönəltməyib və ya satışdan əldə olunmuş vəsaitin çox cüzi hissəsini yönəldib, bununla da həmin müştəriləri pis vəziyyətdə qoyub, banka gəlib kredit almayan şəxslərin adlarına çoxlu sayda saxta imza ilə kredit rəsmiləşdirib, bir çox işdə zamin duraraq banklardan müəyyən miqdarda vəsait çıxarıb və bununla da banklara külli miqdarda zərər vurublar.
Bununla əlaqədar olaraq, müvafiq materiallar toplanıb və ləğv prosesində olan bankların ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib .
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər






.png)































