Dünya
Putinin Kuril adasına səfəri Yaponiyanı ayağa qaldırdı: Adanı geri qaytarın!
Rusiya prezidenti Vladimir Putinin İturup adasına ilk səfəri Yaponiyada ciddi narazılığa səbəb olub. "X" sosial şəbəkəsinin Yaponiya seqmentində istifadəçilər hökuməti Moskvaya qarşı daha sərt mövqe tutmağa çağırıblar.
Publika.az xəbər verir ki, Yaponiya xarici işlər naziri Tosimitsu Motegi də "X" hesabında Putinin səfərinə münasibət bildirib.
O, İturup da daxil olmaqla, şimal ərazilərinin həm tarixən, həm də beynəlxalq hüquq baxımından Yaponiyanın əzəli torpaqları olduğunu deyib və Tokionun Rusiya prezidentinin səfərinə qəti etiraz etdiyini açıqlayıb.
Sosial şəbəkə istifadəçilərindən biri İturup, Kunaşir, Şikotan və Habomai adalarının Yaponiyanın əzəli əraziləri olduğunu bildirərək hökuməti “suverenliyin ciddi pozulmasına” qarşı sərt etiraz etməyə çağırıb.
Digər istifadəçilər isə İturupun Yaponiyaya qaytarılmasını tələb ediblər. Bəzi paylaşımlarda Tokionun Moskva ilə bağlı əvvəlki siyasəti tənqid olunub, iqtisadi nümayəndə heyətlərinin göndərilməsi və əlaqələrin bərpası cəhdlərinə etiraz edilib.
Bəzi yaponlar Putinin səfərinin tarixini də İkinci Dünya müharibəsinin sonu ilə əlaqələndiriblər. Paylaşımlarda səfərin Yaponiyada təslim olmanın ildönümünün qeyd edildiyi 15 avqustdan bir gün əvvəl baş tutmasına diqqət çəkilib və 1945-ci ilin avqustunda sovet qoşunlarının Kuril adalarında hərbi əməliyyatlara başlaması xatırladılıb.
Putin İturup adasında “Yasnıy” balıq emalı kompleksinə baş çəkib, müəssisənin məhsulları ilə tanış olub və kürüdən dadıb. Rusiya mediası bunu prezidentin Cənubi Kuril adalarına ilk şəxsi səfəri kimi təqdim edib.
Qeyd edək ki, Rusiya rəhbəri səfərdən əvvəl Moskvanın İkinci Dünya müharibəsinin nəticələrinə əsasən ərazi məsələsini həll edilmiş hesab etdiyini bildirib. Yaponiya isə bu mövqeni qəbul etmir.
Xatırladaq ki, "X"dəki açıq paylaşımlar bütün Yaponiya cəmiyyətinin mövqeyini əks etdirməsə də, mövcud yazılarda Moskvaya təzyiqin artırılması və Yaponiya hökumətinin siyasətinin sərt tənqidi üstünlük təşkil edib.
Müəllif: Adəm
-
Dünya09:27Türkiyə Lavrovun cavabını verdi: Mövqeyimiz dəyişməyib
-
Hadisə08:48Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar
-
Elm və təhsil04:30Qabiliyyət imtahanları ilə bağlı diqqətçəkən statistika - 6209 nəfər imtahana gəlməyib
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto











.jpg)
























