Dünya
Türkiyə Lavrovun cavabını verdi: Mövqeyimiz dəyişməyib
Türkiyə 2022-ci ildən etibarən NATO-dan və Kiyevə dəstək bəyanatlarından asılı olmayaraq, Ukrayna ilə bağlı sülh təşəbbüslərini ardıcıl şəkildə dəstəkləyir.
Publika.az xəbər verir ki, bunu türkiyəli politoloq, İstanbulda fəaliyyət göstərən "Ussal Consultancy" şirkətinin aparıcı tədqiqatçısı Həsən Səlim Özertem “Lenta.ru”ya açıqlamasında deyib.
Politoloq bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin mövqeyini dolayısı ilə tənqid edib:
“Lavrov Türkiyənin NATO-nun sənədlərini imzaladığını və həmin sənədlərdə Ukraynanın ərazi bütövlüyünün bərpasına sadiqliyin ifadə edildiyini xatırladıb. Lakin Türkiyənin mövqeyi 2014-cü ildə münaqişənin başlanmasından etibarən dəyişməyib və bu, onun vasitəçilik roluna mane olmur”.
Özertem Türkiyənin 2022-ci ildə İstanbulda danışıqları təşkil etdiyini, həmçinin taxıl tədarükü və hərbi əsirlərin mübadiləsi ilə bağlı razılaşmaların əldə olunmasına çalışdığını vurğulayıb.
Qeyd edək ki, iyulun 29-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Ukrayna ilə bağlı sülh təşəbbüsləri irəli sürdüyünü, eyni zamanda NATO-nun bu ilin iyulunda keçirilən sammitinin yekun bəyannaməsini imzaladığını bildirib. Sənəddə Ukraynanın “ərazi bütövlüyünə” sadiqlik ifadə olunub.
Lavrov ABŞ-ın da oxşar “ikili mövqe” nümayiş etdirməsindən təəssüfləndiyini deyib.
Müəllif: Adəm Abbaslı
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız





















.jpg)














