Bilgi.az
Keçmiş SSRİ-nin ilk qeyri-rus qadın diplomatı - O, azərbaycanlı idi - FOTOLAR
Sima Рəhman qızı Eyvazova... Bu ad ilk baxışda çoxlarına
heç nə demir. Bəs o kimdir?..
Söhbət uzun illər Azərbaycanı beynəlxalq miqyasda təmsil etmiş
azsaylı qadın diplomatımızdan gedir. O diplomat ki, BMT yanında
müstəqil Azərbaycanın ilk daimi nümayəndəsi olub, fövqəladə və
səlahiyyətli səfir kimi Azərbaycanı bir çox beynəlxalq
təşkilatlarda təmsil edib.
Modern.az saytı Sima Eyvazovanı oxuculara tanıdır...
Sima Рəhman qızı Eyvazova 2 oktyabr 1933-cü il tarixində Bakı
şəhərində doğulub. Həkim ailəsində dünyaya göz açmış Sima xanım
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.
Əmək fəaliyyətinə 16 yaşında başlayıb. 23 yaşında Azərbaycan
Kommunist Kartiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat
şöbəsinin təlimatçısı işləyib.
26 yaşında Azərbaycan Kommunist Kartiyası Mərkəzi Komitəsi onu SSRİ
Xarici İşlər Nazirliyi yanında Ali diplomatiya məktəbində oxumağa
göndərib. Sima Eyvazova bu məktəbi fərqlənmə diplomu ilə
bitirib.
Daha sonra S.Eyvazovanı SSRİ XİN-in Mərkəzi Aparatında 2-ci Avropa
şöbəsində işə götürüblər. Bu vəzifədə o, əsasən SSRİ-nin Böyük
Britaniya ilə münasibətlərinə dair məsələlərlə məşğul olub.
Sima Eyvazova diplomatik xidmətin bütün pillələrini bir-bir
keçməklə üçüncü katib postundan birinci dərəcəli müşavir
vəzifəsindək irəliləyib.
1982-ci ildə Azərbaycan SSR KP MK-nın 1-ci katibi Heydər Əliyev onu
Azərbaycan SSR-in xarici işlər naziri vəzifəsinə dəvət edib. Və
S.Eyvazova bir müddət bu vəzifədə çalışıb.
Daha sonra SSRİ XİN onu xaricdə vəzifəyə təyin edib. Belə ki,
1985-ci ildə Sima Eyvazova BMT-nin Cenevrədəki (İsveçrə) bölməsində
məsul vəzifəyə təyinat alıb. O, burada SSRİ-dağılanadək
çalışıb.
SSRİ-dağılan ərəfədə - 1991-ci ilin oktyabr ayında Sima Eyvazova
BMT-nin Cenevrədəki bölməsində sovet diplomatiya xidmətindəki
vəzifəsindən istefa verərək, müstəqil Azərbaycan Respublikasının bu
qurumdaki nümayəndəsi kimi qeydiyyata alınıb.
Beləliklə də Azərbaycan müstəqillik əldə edəndən sonra Sima xanım
ölkəmizi bu beynəlxalq təşkilatda təmsil edib. Artıq 1994-ci ilin
yanvarından o, BMT-nin Cenevrədəki bölməsində və İsveçrədəki digər
beynəlxalq təşkilatlarda Azərbaycanın daimi nümayəndəsi vəzifəsini
yerinə yetirirdi.
Sima Eyvazova görkəmli sovet və Azərbaycan diplomatı kimi hələ
keçmiş SSRİ dövründən ad-san qazanmışdı.
Müstəqil Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin
1997-ci il 4 mart tarixli fərmanı ilə Sima Eyvazovaya Azərbaycan
Respublikasının fövqəladə və səlahiyyətli səfiri rütbəsi verilib.
Bununla yanaşı o, BMT-nin Cenevrədəki bölməsində və İsveçrədəki
digər beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının daimi
nümayəndəsi təyin edilib.
O, 6 xarici dil bilir ki, bunlardan da 3-ü BMT-də rəsmi
dillərindən olan rus, ingilis və fransız dilləridir.
Sima Eyvazova müstəqil Azərbaycanın tarixində ilk peşəkar diplomat
qadın olub. Eyni zamanda keçmiş SSRİ-də ilk qeyri-rus qadın
diplomat kimi tarixə düşüb. O, SSRİ Xarici İşlər Nazirliyi
yanındakı Ali diplomatiya məktəbində təhsil almış qeyri-rus
milliyətinən olan ilk qadın diplomatdır.
Sima Eyvazova 6 may 2009-cu il tarixində İsveçrədə - Cenevrə
şəhərində dünyasını dəyişib...
-
Maraq dünyası09:18
Yaşlandıqca daha da gözəlləşən bürc
-
Ekologiya07:17
Duman, leysan, qar... - Bu günün HAVASI
-
Magazin205:15
Məşhur aktrisa da azərbaycanlı imiş... - VİDEO
-
Sosial04:44
“Mərhəmətinizə görə, sizə minnətdaram” - FOTO
-
MDB03:43
Rusiya sülhməramlılarının sabiq rəhbərinə YÜKSƏK VƏZİFƏ VERİLDİ
-
Region00:45
İran XİN rəhbəri Dəməşqdən Ankaraya getdi
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Emosional mübahisələr başlaya bilər
-
Sosial00:00
İDDİA: "Kənd yumurtası" adı altında broyler yumurtaları satılır - VİDEO