Dünyanın ən kök qadınları - Fotolar
Bizi izləyin

Bilgi.az

Dünyanın ən kök qadınları - Fotolar

Bir çox qadınlar artıq çəkidən əziyyət çəkir. Artıq çəki problemi müxtəlif səbəblərdən ola bilər.

Publika.az tarixi və mədəni təsirin altında piylənmədən əziyyət çəkən qadınların yaşadığı 10 ölkəni təqdim edir.

1. Tonqa

Sakit Okeanın cənubunda yerləşən Tonqa adasının qadınları fiziki cəhətdən iri hesab olunur. Piylənməyə səbəb isə ölkəyə idxal olunun keyfiyyətsiz qida və fiziki aktivliyin az olmasıdır. Adanın 140 min əhalisindən 100 mini artıq çəkidən əziyyət çəkir. Bundan əlavə, Tonqa qadınlarında kökəlmə genetik faktor daşıyır.

2. Küveyt

Yaxın Şərqdə yerləşən Küveyt ölkəsi nefti ilə zəngin olmaqla yanaşı, kök qadınların vətənidir. Bu ölkədə əhalinin əksəriyyəti ürək-damar xəstəlikdən və 15 yaşdan yuxarı qadınların 52%-i piylənmədən əziyyət çəkir. İş ondadır ki, tarixən bu ölkədə kök qadın zəngin və gözəllik rəmzi hesab olunub. Küveytdə qadın ev dekorasiyası hesab olunduğu üçün iri gövdəli qadınlar evi zəngin göstərir.

3. Fici

Dünya məkanından uzaq qalmış Fici qapılarını xarici bazara açdıqda, ölkənin yem payında yüksək kalorili qida növləri peyda olmağa başladı. Nəticədə, Fici qadınların köklüyə meyliliyi artdı. Fici ölkəsində də qadınların bel nahiyəsinin iri olması gözəllik və zənginlik əlaməti hesab olunur.

4. Yamayka

Yamayka qadınlarının 65%-i köklükdən əziyyət çəkir. Bu ölkə qadınlarının özəlliyi iri baldır və ombalı olmalarıdır. Hətta, qadınlar kökəlmək üçün aptekdən xüsusi həblər də alır.

5. Samoa

Samoa adasının insanları balıq məmulatları ilə qidalanmasına baxmayaraq, İkinci Dünya Müharibəsindən sonra əhalidə köklük artmağa başladı. Köklük Samoa əhalisində genetik xarakter daşıyır. Bundan əlavə, burada kök qadınlar adi qarşılanır.

6. Cənubi Afrika

QİÇS xəstəliyinin geniş yayılmasından sonra bu ölkədə əhali sürətlə arıqlamağa başladı. Bu səbəbdən, kök qadın Cənubi Afrikada sağlamlıq və maliyyə cəhətdən zəngin hesab olunur.

7. Əfqanıstan

Uzun müddət kök qadınlar ölkədə tüğyan edən aclığa ziddiyyət təşkil etdiyi üçün yüksək qiymətləndirilib. Köçəri qadınların isti günəş altında qumda məskunlaşması köklüyə gətirib çıxarıb. Qadınların istifadə etdiyi hicab onların iri bədən ölçülərini ört-basdır edir.

8. Taiti

Fransız Polineziyasının Taiti adasında “xaapori” adlı yerli adət mövcud olub. “Xaapori”-in hərfi mənası “kökəltmək” mənasını ifadə edir. Gənc qadınlar kökəldikdən sonra gözəllik və övlad dünyaya gətirə bilmək qabiliyyətinin qiymətləndirilməsi üçün tayfa başçısına təqdim edilirdi. Karbohidrat və kokos yağı ucbatından qadınlarda kökəlmə günü bu günədək davam edir.

9. Nauru

Nauru dövləti dünyada yüksək dərəcəli şəkərli diabetdən əziyyət çəkən insanların ölkəsi kimi tanınır. Əhalinin 31%-i şəkər xəstəsidir və adada yaşayan 14 min insan artıq piylənmədən əziyyət çəkir. Lakin köklük burada sağlamlıq və məhsuldarlıq rəmzidir. Ölkə keyfiyyətsiz və piylənməyə səbəb olan qidanı Avstraliya və Yeni Zelandiyadan alır.

10. Mavritaniya

Qərbi Afrikanın səhralığında yerləşən ölkədə kök qadın gözəllik və zənginlik sözləri ilə sinonim təşkil edir. Ölkə sakinləri gündəlik dəvə südündən istifadə edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm