Konqolu yeniyetmə əsgər: “Bəzən zorlamağımız üçün qadın və qızlar gətirirdilər”
Bizi izləyin

Bilgi.az

Konqolu yeniyetmə əsgər: “Bəzən zorlamağımız üçün qadın və qızlar gətirirdilər”

Uşaq kimi yox, əsgər kimi ölənlər...

Dünyada çoxlu sayda əsgər uşaqlar var. Uşaq haqlarının tapdalanması, zorla əsgərliyə aparılma halları dünyada başlıca problemlərdən biridir. Amma bu böyük problem hələ də qalmaqdadır. Ələlxüsus da, Afrika ölkələrində uşaqlara zülm edirlər. Döyərək, təhdid edərək, onlara silah verirlər. Yaxşı ki, bizim ölkədə belə hallar baş vermir.


Ölməmək üçün dirənirlər

Araşdırmalar görə, yaşı doqquza qədər olan minlərlə uşaq əsgər gündə sadəcə 1.5 dollara işləyir. Məktəbdə dərsdə olmaq yerinə çətinliklə daşıdıqları odlu silahlarla nəzarət nöqtələrində ölməmək üçün dirənirlər.
Somalidə yaşayan cırıq paltarlı bir əsgər uşaq, dostları kimi, diqqətli nəzərləriylə xarabalıq küçələri nəzarətdə saxlayır.

Amma bu balaca uşaq iki cəhətdən fərqlənir: çiyinlərində güllə ilə dolu “Kalaşnikov”la gəzişir və ABŞ tərəfindən silahlandırılmış güclü bir orduda vəzifəsini icra edir.

Somalinin radikal islamçı dəstəsinin uşaqları futbol meydanlarından döyüşlərə aparılır. Uşaq vaxtlarından onların əlinə silah verirlər. Somali hökuməti uşaqları doqquz yaşından döyüşün ön cəbhəsinə atır. Əsgər uşaqlar dünyanın hər tərəfində mövcuddurlar. Amma BMT-nin hesablamalarına görə, Somali uşaqlarını döyüşə göndərməkdə ən üst sıralarda yer tutur. Bu ölkədə uşaqlar gözlərini açan kimi silahla tanış olurlar. Beləliklə, Somalidə insan haqları, habelə uşaq haqları tapdanır. Bu kasıb ölkədə uşaqlara uşaq kimi yox, əsgər kimi baxırlar.

Uşaq kimi yox, əsgər kimi ölürlər...

Dünyada ötən əsrin 90-ci illərində müharibələrdə 2 milyon uşaq həyatını itirdi. 1989-cu ildə imzalanan Beynəlxalq Uşaq Haqları konvensiyasına rəğmən, bir neçə il sonra altmışa yaxın müharibədə 2 milyon uşağın öldüyü, 6 milyona uşağın isə yaralandığını bildirirlər. Hazırda dünyada təxminən bir milyona yaxın uşaqdan əsgər kimi istifadə edirlər.

Uşaqlar barəsində illərdir irəli sürülən fikirlər nəticə vermir. Əksinə, illər keçdikcə uşaqlar cəbhədə daha çox həlak olurlar. Onlar uşaq kimi yox, əsgər kimi ölürlər. Bir çox araşdırmalara görə; 14-18 yaşlarında uşaq əsgərlərin çoxu silahlı münaqişələrə qatılmaq üçün bir neçə imtahandan keçməlidir.

Əsgərliyə qatılmanın səbəbləri arasında ailəsindən qaçma, yoxsulluq və savadsızlıqla bağlıdır. Bir çox qızın uşaq yaşda əsgər getməsinin səbəbləri arasında ailəvi problemlər və cinsi pozğunluq da var. Qız əsgərlər ümumiyyətlə zorakılığa məruz qalır, casus kimi istifadə olunur və evə gələndə ailəsi tərəfindən təzyiqə məruz qalır.

Uşaq əsgərlərin harayı:

Konqo

“Təzə əsgər idim, çətin işləri görə bilmirdim. Buna görə hər səhər tezdən döyülürdüm. Bölükdə iki dostum döyülməkdən öldülər. Əsgərlər onları yandırdılar. Mən hələ də onları düşünürəm“.
(2002)

Sudan

“On üç yaşımda neqativ bir təşkilata qatıldım. Əslən Bahr Əl Qəzəldənəm. Məni 2001-ci ildə kənarlaşdırdılar və Rumbekə gətirdilər, amma mənim heç bir siyasi düşüncələrimlə bağlı sənədim yox idi. Bu təşkilata qatıldığım üçün dövlət ailəmə təzyiq göstərə bilərdi. Ona görə də burdan gedə bilmirəm. Hərdən ac qaldığım günləri xatırlayıram. “
(2004)

Uqanda

“Qardaşımla bərabər tutulduq. LRA təşkilatı bizə qardaşlarımızın yaxşı xidmət etmədiklərini deyərək bizi onları izləməyə apardılar. Daha sonra bizi ölümcül hala salana qədər kötəklədilər. Bunun bizə güc verəcəyini dedilər. Ən balacamız doqquz yaşındaydı”. (13 yaşında əsgər olmuş uşaq)

İraq

“Mehdinin ordusuna amerikalılarla döyüşmək üçün qatıldım. Dünən axşam tanka bir roket fırlatdım“ (Nəcəfdə 12 yaşında bir uşaq)

Zorla ailəmdən uzaqlaşdırıb cəbhəyə apardılar

Qərbi Afrika ölkəsi olan Malinin üçdə ikisini ələ keçirən radikallar kiçik uşaqları ailələrindən 600 dollar qarşılığında satın alaraq zorla əsgər aparırlar. Malini ziyarət edən BMT-nin insan haqları üzrə baş katib müavini İvan Simonoviç uşaq əsgərlərdən əlavə ölkədə narkotik qaçaqçılığı və girovun çox geniş sahədə yayıldığını bildirib. Mali hökuməti isə ölkənin şimalını ələ keçirən "Tuaregler"ə qarşı beynəlxalq hərbi dəstək istəyir.

“Etdiyim şeylərə görə özümü çox pis hiss edirəm. Başqa insanları öldürdüyümə görə narahatam. Evə qayıdanda öldürdüyüm insanlar üçün dua və ibadət etməliyəm ki, özümü təmizləyim. Öldürdüyüm bir uşağı hələ də yuxularımda görürəm; mənimlə danışır, “məni heç nədən öldürdün” deyir və mən qışqırıram”. Bunu Afrika ordularından birinin zabiti danışır.

O deyir: “Məni zorla ailəmdən uzaqlaşdırıb cəbhəyə apardılar. Anamı gözü yaşlı, atamı isə böyük bir kədər içində qoydular. Mənə bir əsgər forması verdilər və artıq orduda olduğumu dedilər. Artıq yeni bir adım vardı: “Psiko”. Dediklərini etməsəm, geri qayıdıb ana-atamı öldürəcəklərini də bildirdilər”.

Yoxsulluq və dram...

Uşaqların ordu sıralarında və ya terror dəstəsində əsgər kimi istifadə olunmasına təkcə Afrikada rast gəlinmir. Asiya, Mərkəzi Asiya, Cənubi Amerika və Pasifikdəki otuza yaxın cəbhə bölgəsində “Unicef”in 2007-ci il hesablamalarına görə, iki yüz əlli minə yaxın qız və oğlan uşağının əllərinə silah verilərək ölməyə və öldürməyə göndərilir. Bu balaca əsgərlərin vəzifədən başqa göstərdikləri “xidmətlər” olur; bəzən qulluqçuluq, casusluq ve digər alçaldıcı işlərə məruz qalırlar.
Dünyanın bir çox yerində 18 yaşa çatmamış uşaqlar müxtəlif səbəblərə işgəncələrlə üzləşir.
Əsgər uşaqlar cəbhədə ölməmək üçün əllərindən gələni edirlər. Səfalət içində yaşayır, aclıq görürlər. Bununla belə, ölümlə mübarizə aparırlar. Bəzənsə amansızlıqla öldürülürlər, bəzən də aclıq, susuzluq uşaqları öldürür.
2004-cü ildə Hindistanda 16 yaşlı bir uşaq məktəbi buraxıb, əsgərliyə getmişdi. Buna səbəb ailəsinin çox kasıb olması idi. Dolanmaq üçün onlara pul lazım idi.

SON

Şri-Lankada isə balaca bir qızı zorla evləndirmək istəyirdilər, ancaq qız evdən qaçaraq silahlı dəstəyə qoşuldu. Mütəxəsislər qızın niyə qaçdığını araşdıraraq bu nəticəyə gəlmişdilər: o, azad olmaq və pul qazanmaq istəyir...

Konqolu 15 yaşlı əsgər isə bunları danışırdı: ”Bizi döyüşlərə alışdırmaq üçün nəşə verib insanları öldürməyə vadar edirdilər. Bəzən zorlamağımız üçün qadın və qızlar gətirirdilər. Rədd edəndə də bizi döyürdülər”.

Şri-Lanka, Liberiya, Kolumbiya, Anqola, Uqanda, Birma, Fələstin, Konqo, Livan, Sierra-Leone, Nepal, Sudan. Bunlar son vaxtlarda uşaqların əsgər kimi istifadə edilməsində ən çox adı keçən ölkələrdir.
Bir çox ölkələrdə “Uşaqlar əsgər getməsin” şüarı ilə aksiyalar keçirirlər. Amma onların bir nəticəsi olmur. Uşaqlar yenə zülm çəkir, zorlanır və sonda da faciəvi şəkildə ölürlər…

Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm