İdman
Millinin baş məşqçisi gizlicə Belarusa köçdü
İdman gimnastikası üzrə Ukrayna yığmasının baş məşqçisi Vyaçeslav Lavruxin gizli şəkildə Belarusa işləməyə yollanıb.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Gimnastika Federasiyasının vitse-prezidenti Stella Zaxarova Ukraynanın "Çempion" nəşrinə verdiyi şərhdə məlumat verib.
"Belə bir şey ümumiyyətlə olmamalıdır, onun Ukraynaya yolu ömürlük bağlanmalıdır. Bu onun qərarıdır, o bizi məlumatlandırmadı, sadəcə yoxa çıxdı. Biz yazdıq, zəng etdik, lakin o cavab vermədi. Bundan sonra isə qəfildən Belarusa getdiyi məlum oldu", - deyə o qeyd edib.
Lavruxin 2011-ci ildə Ukraynanın əməkdar məşqçisi adını alıb. Karyerası ərzində o, 2012-ci il Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, həmçinin dünya və Avropa çempionatlarının çoxqat mükafatçısı olan ukraynalı gimnast İqor Radivilovla çalışıb.
2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunlarının startı ərəfəsində yeni dayaqla tullanma növünə onun adı verilmişdi.
Hüseyn İbadlı
-
Cənubi Qafqaz15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir
-
İdman12:22Şakiranın konsertində Pikeni təhqir etdilər
-
Rəsmi xronika10:15İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq
-
ABŞ09:30Trampın ən yaxın müttəfiqi xəstəxanaya yerləşdirildi: Kritik vəziyyətdədir
-
ABŞ09:00Əfqan mühacir ABŞ-ı qarışdırdı - Faciənin təsviri olan xalçalar satılır
-
Yaxın Şərq07:47Hörmüz boğazındakı yeni əməliyyatın təfərrüatı AÇIQLANDI
-
Ekologiya07:17Bu gün 24 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16“Səməni”nin içindən görün kim çıxdı - VİDEO



























.png)


.jpg)




