Bilgi.az
Van pişiyi haqqında məlumatınız var?
Pişiklərin ən gözəli və bənzərsizi Türkiyənin şərqində, xüsusilə Van gölündə yaşayan saf cins pişik növü olan Van pişiyidir.
Publika.az xəbər verir ki, onun ən əhəmiyyətli xüsusiyyəti genetik dəyişikliklər nəticəsində yaranan iki fərqli göz rəngi, yəni mavi-kəhrəbadır.
Bəzilərinin iki gözü mavi, bəzilərinin isə hər ikisi sarıdır. Tülkü quyruğuna bənzəyən qabarıq quyruğu və ağ, ipək tükləri var. Qışda tükləri artır, yayda isə azalır. Van pişiyi digər pişiklərə nisbətən təmizliyə daha çox diqqət yetirir. Yemiş, qarpız, hətta dondurma kimi qidaları iştahla yeyir və sudan qorxmur. Üzməyi sevir. Ovçuluq instinktləri yaxşı inkişaf edib. Yeməkdən əvvəl pəncələri ilə yeməyin hərarətini yoxlaması təqdirəlayiqdir.
1992-ci ildə Van 100-cü İl Universiteti Van pişiklərinin genetik, morfoloji və fizioloji xüsusiyyətlərini qorumaq üçün Van Pişikləri Araşdırma Mərkəzini (VKAM) qurub. Mərkəz saf cins pişiklərlə yanaşı, ailələrin saxladığı pişikləri də izləyir.
Könüllü olaraq suya girən və bundan həzz alan Van pişiyi bu maraqlı xüsusiyyəti ilə digər pişiklərdən fərqlənir. Pişiklər tez-tez müxtəlif mühitlərə uyğunlaşmaqda çətinlik çəkirlər və dəyişiklikləri sevmirlər. Lakin Van pişiyi dəyişən mühitə tez uyğunlaşır.
O, bədən quruluşuna görə hündür, əzələli və güclüdür. Siçanları ovlamaqla yanaşı, mehriban davranışı ilə də sevilən və baxılan ev heyvanına çevrilib.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi












.jpg)





.jpg)


















.jpg)

.jpg)