Bilgi.az
Qaradərili qadın dünyaya ağ uşaq gətirdi – FOTOLAR
Böyük Britaniyanın Milton-Kins şəhərindən olan əslən nigeriyalı qadın ağdərili uşaq dünyaya gətirib. 32 yaşlı Ketrin Hovart ilk dəfə uşağını görərkən təəccübünü saxlaya bilməyib. Hazırda 3 ayı tamamam olmuş Cona adi ağdərili insanlar kimi solğun rəngli, yaşıl gözlü, açıq qəhvəyi rəngli saçla doğulub.
İyunun 1-də dünyaya gələn uşaq bir çoxlarının heyrətinə səbəb olub. Hətta mamaça uşağı gördükdə əvvəl ona, sonra anaya baxıb və gözlərinə inana bilməyib. Bəzən uşaq dünyaya gəldikdən bir neçə həftə həqiqi rəngini almağa başlayır. Lakin 3 aylıq Cona təpədən dırnağa kimi ağdərili qalıb.
Ketrin Nigeriyadan olduğundan, onun bütün nəsli qaradərilidir. Lakin Conanın atası "ağ"dır. Cona sağlam doğulub və həkimlərin bildirdiyinə görə, cütlüyün bir daha övladı olarsa, o da ağdərili olacaq. Səbəb isə genlərin nadir birləşməsi ilə bağlıdır.
Qaradərili insanın ağdərili övlad gətirməyi ilk hal deyil. Bu hər milyondan bir rast gəlinən fenomenal hadisədir. Belə ki, 2010-cu ildə hər ikisi qaradərili olan Benjaman və Angela İhegboro cütlüyünün də övladı ağdərili, sarışın saçlı olub. Maraqlıdır ki, cütlüyün ağdərili insanlarla qohumluğu olmayıb. Həkimlər ağdərili uşaqların resessiv genin sayəsində əmələ gəldiyini güman edirlər.
Nura
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC










.jpg)
.jpg)























