Bilgi.az
İnteryerdə rənglərin psixoloji mənaları - FOTOLAR
Publika.az interyerdə rənglərin psixoloji mənaları haqqında maraqlı araşdırmanın nəticəsini təqdim edir:
Açıq bənövşəyi – dünyanın ən tanınmış rəng mütəxəssisi "Pantone" firması tərəfindən 2014-ün rəngi seçilib. Bu rəngin dəbdə olduğu mebellərdə də hiss olunur. Çəhrayı və bənövşəyinin qarışığı olan bu rəng xəyal gücünü və yaradıcılıq qabiliyyətini artırır.

Mavi – rahatladır, sakitləşdirir. Ofis otaqları üçün olduqca uyğundur. Həmçinin iştahanı kəsməkdə olduqca effektlidir. Əgər işləyəndə dəhşətli dərəcədə acırsınızsa, mavi rəngin köməyindən istifadə edin.

Yaşıl – yeniliyi, təravəti, uğuru, bolluq və bərəkəti təmsil edir. Bu pozitiv rəngi iş yerində istifadə edə bilərsiniz. Divardan yaşıl rəngli aksessuar da asa bilərsiniz. Evinizin divarlarını yaşıla boyamaq fikri cazibədar gəlmirsə, otaqları dibçək gülləri ilə bəzəyin.

Qara – sirli rəng olduğu üçün gücün qüdrətin simvollarından biridir. Qara rəngdən adətən ev dekorasiyasında istifadə edilmir. Çünki qara depressiyaya səbəb olur. Kiçik qara aksessuarlar otağa sofistik atmosfer bəxş edə bilər.

Qırmızı – bu rəng olduğu hər yerə enerji yayır və insanın özünə olan inamını artırır. Bu rəng yataq otağında istifadə edilərsə, ehtirası gücləndirər.

Çəhrayı – məsum və romantik rəng olduğu üçün pozitiv enerji verir. Çəhrayını ev dekorasiyasında açıq qəhvəyi tonlarla birləşdirə bilərsiniz.

Sarı – günəş işığını xatırladır, həm də əhvalı qaldırır. Əsəbi və gərgin olduğunuz zaman sarı rəngin çalarlarına müraciət edin.

Narıncı – qırmızı və sarı kimi enerjili rəngdir. Bu isti rəng əhvalı qaldırır və sosiallığı artırır. Əsasən uşaq və oyun otaqları üçün olduqca uyğun rəngdir.

-
Elm və təhsil19:20Azərbaycanda yeni universitet yaradılacaq
-
Ekologiya18:10Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq
-
Rəsmi xronika17:20İlham Əliyev sərəncam imzaladı
-
Sosial17:16Prezidentdən soyuducu anbarlarla bağlı tapşırıq
-
Sosial16:52İTV-nin yeni baş direktoru müəyyən oldu
-
Rəsmi xronika16:09Prezident müşavirə keçirdi - FOTOLAR/YENİLƏNDİ
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü













.jpg)



.jpg)




















