Cinayət dünyası
Lənkəranskidən yeni xəbər var - - FOTO
Ötən il avqustun 18-də İstanbulda qətlə yetirilən məşhur kriminal avtoritet Rövşən (Canıyev) Lənkəranskinin abidəsi hazırlanır.
Axar.az-ın əməkdaşının verdiyi məlumata görə,
Lənkərandakı “Kiçik bazar” məzarlığında dəfn olunmuş mərhumun
başdaşı hələ qoyulmayıb.
Müxbirimiz bildirir ki, qanuni oğrunun böyük bir abidəsi sifariş
olunub və onun ölçülərinə uyğun divar hörülüb.
Novruz bayramı axşamı mərhumun yaxınlarının onun qəbrini ziyarət etdiyini deyən əməkdaşımız bildirib ki, Lənkəranskinin məzarının ətrafı gül çələngləri ilə əhatələnib.
Burada onun müxtəlif bölgələrdən olan dostlarının göndərdiyi çələnglərin üstündə başsağlığı mesajlarını görmək olar.
Əməkdaşımız öyrənib ki, Lənkəranskinin ailəsi Bakıya köçüb və paytaxda yaşayır. Onun uşaqları Bakıda məktəbə gedir. Hazırda ata evində heç kim yaşamır.
Xatırladaq ki, R.Lənkəranski İstanbulda oteldən çıxıb avtomobilinə mindikdən sonra gülləbaran edilib.

-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi

























.jpg)











