“Son rəqsini hər kəs Əzrayılla edəcək" – 10 məşhur qatilin SON SÖZLƏRİ
Bizi izləyin

Cinayət dünyası

“Son rəqsini hər kəs Əzrayılla edəcək" – 10 məşhur qatilin SON SÖZLƏRİ

“Son rəqsini hər kəs Əzrayılla edəcək" – 10 məşhur qatilin SON SÖZLƏRİ

Hər qatil, hər qatilin cinayəti fərqli olsa da sonuc eyni olur. Haqq öz yerini tapır, ya ilahi ədalət, ya da qanun qatilin cəzasını verir.

Dünyanın ən məşhur qatillərinin ölümlərindən əvvəl dedikləri son sözləri təqdim edir. Onlar hətta ölümqabağı da insanları qorxuda saxlamağa çalışırdılar.

1. Aileen Vuorns: 7 nəfəri fahişə adı iə aldadıb soyduqdan sonra öldürüb. 2002-ci ildə 46 yaşında iynə ilə edam edilib. Son sözləri "Mən sadəcə bir qayanın üzərində dənizə çıxıram. Müstəqillik günündə İsa ilə bərabər geri qayıdacağam. Filmdəki kimi qoca bir gəm ilə. Geri dönəcəyəm" olub.

2. Tomas Qrasso: 2 nəfəri boğaraq öldürüb və 1995-ci ildə 32 yaşında iynə ilə edam olunub. Son sözündə "Yuvarlaq spagetti yeyə bilmədim, çubuq yedim. Mətbuat bilsin bunu" deyib.

3. Con Vayne: Onu "Qatil Polyaço" kimi tanıyırdılar. 33 nəfəri bıçaqlayaraq öldürüb və 1944-cü ildə 53 yaşında iynə ilə edam olunub. Son sözü "Arxamı öpün" olub.

4. Robert Alton Harris: 2 nəfəri silahla öldürdükdən sonra 1992-ci ildə 39 yaşında qaz otağında edam olunub. Son sözləri "İstər kral ol, istər zibilçi, son rəqsini hər kəs Əzrayılla edəcək" olub.

5. Vilyam Bonin: 36 nəfəri öldürdükdən sonra 1996-cı ildə 49 yaşında iynə ilə edam olunub. Son sözləri "Bir insan əgər qanunlara qarşı nəsə edəcəksə, bir yerə gedib yaxşı-yaxşı düşünməsini məsləhət görürəm" olub.

6. Peter Kurten: “Düsseldorf Vampiri” kimi tanınıb. 9 nəfəri bıçaq və çəkic ilə öldürdükdən sonra 1931-ci ildə 48 yaşında gilyotinlə öldürülüb. Son sözlərində "Mənə söyləyin! Başım qoparıldıqdan sonra qulaqlarım eşidəcəkmi? Ən azından bədənim fışqıracaq qanın səsini duya biləcəəym? Bu lap əla olardı" deyib.

7. Ceyms French: Yolda mindiyi maşının sürücüsünü və həbsdə olduğu müddətdə kamera yoldaşını öldürüb. 1966-cı ildə 30 yaşında elektrik stulu ilə edam olunub. Son sözləri "Bu başlıq necədir? Fransız üsulu ilə qızartma" olub.

8. Barbara Graham: 1 nəfəri silahla öldürdükdən sonra qaz otağında edam olunub. Son sözü "Yaxşı insanlar hər zaman haqlı olduqlarına inanırlar" olub.

9. Edvard Kelli-Ned: 6 nəfəri silahla öldürüb və 1880-cı ildə 25 yaşında asılaraq edam olunub. Son sözü “Bir həyatdır da..." olub.

10. Manuel Puna Babbit: 1 nəfəri öldürdükdən sonra 1999-cu ildə 50 yaşında edam edilib. "Hamınızı bağışlayıram" deyib.

/Cebhe.info/.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm