Cinayət dünyası
"Piter Elçin"in qardaşının qətlinin sifarişçisi yaxalandı - KRİMİNAL SAVAŞDA YENİ PƏRDƏ
Rusiyanın Sankt-Peterburq şəhərində Vüsal Əsgərov adlı Azərbaycan vətəndaşı həbs olunub.
Rusiya KİV-nin məlumatına görə, Əsgərov kriminal aləmdə “Elçin Piterski” kimi tanınan Elçin İsmayılovun qardaşı Maarif İsmayılovun qətlini sifarişdə ittiham olunur.
Xatırladaq ki, keçən il iyunun 20-də keçmiş polis işçisi Emil Hüseynov Peterburqun “Sofiyskaya” meyvə-tərəvəz bazasında Maarif İsmayılovu odlu silahla qətlə yetirmişdi. Amma qatil uzağa qaça bilməmiş, bazardakı satıcılar tərəfindən tutularaq polisə təhvil verilmişdi.
Əsgərovun həbs bəzi məqamlara da aydınlıq gətirib. Yerli hüquq-mühafizə orqanlarındakı mənbə “Peterbuqskiy dnevnik”ə bildirib ki, Vüsal Əsgərov qətlin sifarişini Moskvadakı kriminal avtoritetlərdən birindən alıb. Məlumata görə, əslində Maarif yox, qardaşı “Elçin Piterski” öldürülməliymiş. Amma killer Elçinin izinə düşə bilməyib. Bundan sonra plan dəyişib. Maarifin qətli gündəmə gəlib.
Mənbənin sayta dediyinə görə, bundan sonra Elçini Maarifin dəfnində aradan götürmək qərarına gəliblər. Amma bu dəfə də planı həyata keçirmək mümkün olmayıb. Əvəzində onun digər qardaşı öldürülüb. (lent.az)
-
Nida Xəbər 02:43Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
-
ABŞ02:19Trampın təyin etdiyi mətbuat katibi cəmi 5 gün sonra postunu tərk etdi - Qalmaqalın detalları
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı














.jpg)
























