Cinayət dünyası
Azərbaycanda kriminal "razborka"nın DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ - - (VİDEO 18+)
Bu il martın 31-də Abşeron rayonunda kriminal aləmin adamları arasında baş vermiş silahlı insidentin görüntüləri yayılıb.
Silahlı insident nəticəsində ağır yaralanan şəxslərdən biri əks olunub.
Şahidlərin sözlərinə görə, iki silahlı şəxs atəş açdıqdan sonra ərazidən uzaqlaşıblar.
Xatırladaq ki, hadisə Xırdalan çəhəri 28-ci məhəllədə qeydə alınıb. Malik adlı şəxs "Makarov" tipli tapançadan açdığı atəşlə Valehi baş nahiyyəsindən güllə ilə vuraraq qətlə yetirib, onun tanışı 32 yaşlı Xəyal Oktay oğlu Paşayevi isə güllələyib. 3 güllə yarası alan Xəyal Paşayev xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.
Araşdırmalar zamanı məlum olub ki, hadisə borc üstə baş verib. Valehin tanışı ona müraciət edərək bildirib ki, Malik adlı şəxs ona olan borcunu qaytarmır. Valeh pulu alacağına söz verərək Maliki görüşə çağırıb. Valeh görüşə tanışı Xəyal Paşayevlə gəlib. Hər iki tərəf pul mübahisəsinə silahla gəlib.
Mübahisə zamanıda Malik üzərində olan silahla Valehin baş nahiyyəsindən güllə ilə vuraraq qətlə yetirib. Daha sonra hadisə yerindən qaçmaq istəyən Xəyal Paşayevə atəş açıb. Atılan altı güllədən üçü Xəyala dəyib. Malik daha sonra hadisə yerini tərk edib. Dünyasının dəyişən Valehin əlində "Makarov" tipli tapança olub.
(missiya.az)
-
Sosial08:49Azərbaycan toylarında gözlənilməz qayda - Bu ənənə qadağan edilir?
-
Nəqliyyat07:35Bakı-Sumqayıt yolundakı tıxac problemi necə həll olunacaq? - Video
-
Ekopublika.az05:45Bakıda kirayə ev tutan ailələrə xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
























.webp)











.jpg)
