110 təcavüz, 240 qətl törədən, bacısına tamah salan "Andes canavar"ı azadlıqda - - FOTOLAR
Bizi izləyin

Cinayət dünyası

110 təcavüz, 240 qətl törədən, bacısına tamah salan "Andes canavar"ı azadlıqda - - FOTOLAR

Tarixin ən çox qətl törədən insanlarından biri olan Pedro Alonso Lopez

Kolumbiya, Peru və Ekvadorda 300 nəfərdən çox insanı öldürməsinə baxmayaraq cəmi bir neçə ay həbs yatıb.

Publika.az sizə tarixin ən acımasız qatillərindən olan "Andes canavarı" ləqəbli Pedro Alonso Lopezin qan donduran hekayəsini təqdim edir:

1948-ci il oktyabr ayının 8-də Kolumbiyanın Santa İsabel (Tolima) əyalətində anadan olub. Anası yüngül həyat tərzi keçirən qadın olub. Qeyri-adi uşaqlığı olub. Ailədə 13 uşaqdan biri olan Pedro ilk dəfə 8 yaşında bacılarından birinə qarşı cinsi təcavüzə cəhd edib. Bunu görən anası onu küçəyə atıb. 8 yaşlı Lopezi uşaq evinə aparırlar. Uşaq evində nadincliyinə görə döyülən Lopez iddia edir ki, məktəb müdirü ona təcavüz edib. 18 yaşından sonra uşaq evindən çıxaraq sərbəst həyata atılan qatil 20 yaşında maşın oğurluğuna görə həbs edilib. Saxlanıldığı həbsxanada 4 məhkum tərəfindən təcavüzə uğrayan Pedro onlardan 3-nü öldürərək daha 2 il həbs cəzası alıb.

Bundan sonra Pedro acımasız qatilə çevrilir. Dünyaya nifrət edən Pedro yaşadıqlarının acısını bütün insanlardan çıxmaq qərarına gəlir. Pedro Alonso Lopez daha çox gənc qızlara təcavüz edir və onları amansızca öldürürdü. 1970-ci illərdə Kolumbiya, Peru və Ekvadorda yaşanan ard-arda ölümlər əhalini qorxuya saldı. Bu bölgələrdə 300-dən çox uşaq oğurlanıb, azyaşlı qızlar qaçırılıb. Onların heç biri isə canlı tapılmayıb. Müxtəlif zamanlar meşənin müxtəlif istiqamətlərində onların cəsədlərini aşkarlayan polislər bu hadisələrin izinə düşür.

Araşdırmalara görə, o, 1978-ci ildə Perudan olan 100 qızı öldürüb. Ərazi yaxınlığındakı Ayachucos kəndində 9 yaşlı bir qıza təcavüz edərkən sakinlər tərəfindən tutulan Pedronu kəndlilər diri-diri yandırmaq istəyib. Son anda vətəndaşlardan birinin "onu polisə təslim etmək lazımdır" fikri kəndliləri düşündükləri əməldən yayındırıb. Ekvador polisinə təhvil verilən Lopez yenidən azadlığa çıxaraq Ekvadorda 100 qıza təcavüz edərək qətlə yetirib.

1980-ci ildə Amerikada 12 yaşında bir qızı qaçırmaq istəyərkən tutulub. Buna qədər isə öldürüb basdırdığı 53 qurbanın cəsədləri polis tərəfindən aşkarlanıb. Onların hər biri fərqli yerlərdə basdırılmışdı. Həbs edilən Pedro Lopez Kolumbiya hökumətinə təhvil verilib. Polislərə daha cinayət işləməyəcəyinə dair and içən Pedro Lopez hökumət tərəfindən sərbəst buraxılıb.

1999-cu ildə törətdiyi bütün cinayətlərin müqabilində hələ də sərbəst qalan Pedro Lopez "ilin adamı" kimi qiymətləndirilmişdi.

BBC-nin son dəfə verdiyi məlumatlarda 68 yaşlı qatilin hazırda azadlıqda olduğu deyilib. Onun hansı ölkədə gizləndiyinə dair isə heç bir məlumat yoxdur.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm