Cinayət dünyası
DİN-dən “qanuni oğruları” yox edən gizli əməliyyat: “Ağ ox” adlı MƏXFİ ÖLÜM QRUPUNUN SİRRİ
1990-cı illərdə Rusiyada kriminal avtoritetlər – “qanuni
oğrular” müəmmalı şəkildə bir-bir öldürülürdü. Elə həmin vaxt
əfsanə yayıldı ki, avtoritetlər dövlət tərəfindən aradan götürülür
və bu işi “Ağ ox” adlanan məxfi qrup həyata keçirir.
Publika.az xəbər verir ki, həmin dövrdə Rusiya
hüquq-mühafizə orqanlarının cinayətkarlarla “öz dillərində”
mübarizə aparmaq qərarına gəldiyi versiyası irəli sürülür.
Versiyaya görə, hüquq-mühafizə orqanları kriminal avtoritetlərlə
qanuni mübarizənin effekt vermədiyini anlayırlar və gizli mübarizə
üsulunu seçirlər. Bu mübarizə üçün “ölüm eskadronu” hazırlanır və
bu məxfi qrupa “Ağ ox” adı verilir.
Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin “Ağ ox”
qrupunun mövcudluğunu inkar etməsi ona marağı daha da artırır.
Yəni, qrupun mövcudluğu inkar edilirsə, deməli var. Əslində “Ağ ox”
qrupunun mövcudluğu haqda versiyalar təsadüfi yaranmamışdı. Hələ
SSRİ-də Yuri Andropov Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri
olanda “B” və “S” adlı xüsusi bölmələr yaratmışdı. Bu bölmələrin
əsas missiyası kriminal avtoritetləri aradan götürmək idi. “Ağ ox”
da məhz həmin missiyanın davamı idi. Lakin Andropovun xüsusi
qruplarının mövcudluğuna dair də heç bir rəsmi informasiya
olmayıb.
Daha bir versiyaya görə, kriminal avtoritetlərin məhkəməsiz qətli
ilə bağlı məxfi əməliyyatlar mövcud olsa da, “Ağ ox” adı
fantaziyanın meyvəsidir. Bu adın yayılması daha çox cinayətkarları
qorxutmağa hesablanıb.
Ümumiyyətlə, “Ağ ox” məxfi qrup haqda şayiələrin yayılmasının əsas
səbəbi 90-cı illərdə “qanuni oğru”ların müəmmalı ölümləri idi.
Cinayətkar dünyanın liderləri öz evlərində, klublarda,
maşınlarında, yoldan keçənlərin gözləri önündə, bir sözlə, hər
yerdə “ovlanırdı”. Bəziləri hesab edirdi ki, liderlərin ölümü
kriminal hesablaşmaların nəticəsidir. Lakin çoxları bu qətllərin
xüsusi qrup tərəfindən həyata keçirildiyinə inanırdılar. Beləliklə,
“Ağ ox” haqda əfsanələr yaranmağa başladı.
Bu əfsanələrə səbəb olan digər bir detal isə qatillərin peşəkarlığı
idi. SSRİ dağılandan sonra kriminal liderlərin fəaliyyəti üçün
münbit şərait yarandı. Bununla həm də kriminal müharibələrin
genişlənməsi başlandı. Liderlər qətlə yetirilsə də, hüquq-mühafizə
orqanları cinayətin üstünü aça bilmirdilər. Və həmin vaxt müəyyən
edildi ki, qətllər eyni üsulla – sağ və sol əllə eyni anda açılan
atəşlə həyata keçirilir. Bu atış texnikasını isə yalnız xüsusi
təyinatlı qruplarda öyrədirlər.
Məşhur avtoritet Otari Kvantrşvilinin qətli isə şübhələri daha da
artırdı. Otari idmançıların sosial müdafiəsi üzrə xeyriyyə fondunun
sədri idi və himayəsində yüzlərlə idmançı var idi. O, televiziyadan
birbaşa milis əməkdaşlarını hədələyirdi. Onu “qanuni yolla”
təmizləmək mümkün deyildi. Daha sonra Otari “Assosiasiya 21 əsr”
firmasını yaradır. Bu firma neft, əlvan metallar, tikinti
materialları satırdı. Hesab olunurdu ki, avtoritet bu firma
vasitəsilə “pul yuyur”. 1994-cü ilin aprelində Otari snayperdən
açılan atəşlə öldürüldü. Həmin il sibirli avtoritet Sergey
Lipçanskiy yoxa çıxır, hansı ki, o, 1994-cü ilin mayında Butırkedə
“sxodka” təşkil etmişdi. 1998-ci ildə “qanuni oğrular” Oleq
Nelyubin və Pavel Zelyanin öldürüldü. 5 il ərzində kriminal
dünyanın ən nüfuzlu nümayəndələri – “Paz”, “Qlobus”, “Zver”, “Qoqa
İrəvanski”, “Mikiladze”, “Toyr”, “Sibirski” müəmmalı şəkildə qətlə
yetirildi. Bütün bunlar məxfi qrupun mövcudluğu haqda şayiələrin
artmasına səbəb oldu. Lakin indiyə qədər “Ağ ox” məxfi qrupunun
mövcudluğu rəsmi şəkildə təsdiqlənməyib.
Asif
-
Nida Xəbər 02:43Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
-
ABŞ02:19Trampın təyin etdiyi mətbuat katibi cəmi 5 gün sonra postunu tərk etdi - Qalmaqalın detalları
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı












.jpg)

























