Cinayət dünyası
“Kriminal kralı” öldü: Onu Abromoviçin qayınatası ilə nə birləşdirirdi?
Odessanın “kriminal kralı” öldü, “Saşa Angel” adı ilə məşhur olan 62 yaşlı Aleksandr Anqert ölüb.
Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda Feysbuk səhifəsində Baş prokurorluğun keçmiş baş müstəntiqi Qalina Klim yazıb.
O, onkoloji xəstəlikdən ölüb. Qeyd edilir ki, “kriminal kralı” Londonda yaşayırdı və İsraildə bir neçə dəfə müalicə olunub. Yaxın vaxtlarda isə Avstriya klinikasında kimya kursunu keçib.
1979-cu ildə qəsdən adam öldürməyə görə həbs olunan Anqertin kriminal karyerası başlanıb. 1990-cı ildə azadlığa çıxıb. Bundan sonra Valeri Tomal və Viktor Kulivar kimi Odessanın kriminal “köpək balıqları” ilə əməkdaşlığa başlayıb.

Bizneslə kriminalitetin bitişməsinin fonunda, Angel məşhur Rusiya sahibkarı, milyarder Roman Abramoviçin indiki qayınatası Aleksandr Jukovun partnyoruna çevrilir. Jukov da öz kapitalının əhəmiyyətli hissəsini işgüzar olmayan, “kölgə metodları” ilə - Odessa limanı vasitəsilə Rusiya nefti, həmçinin silahla ticarət edərək qazanıb. O da Anqert kimi yaşamaq üçün Böyük Britaniya paytaxtını seçib.
Odessanın “kriminal kralı” qeyri-kütləvi insan idi. Açıq mənbələrdə onun cəmi bir şəkli var idi. Ancaq 1997-ci ildə bu qayda pozulur. O, şəhər meri Eduard Qurvislə informasiya münaqişəsinə daxil olur və münasibətlərin müəyyənləşdirilməsi üçün meydança kimi Odessa telekanalları seçilir.
Ömər Dağlı
-
Nida Xəbər 02:43Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
-
ABŞ02:19Trampın təyin etdiyi mətbuat katibi cəmi 5 gün sonra postunu tərk etdi - Qalmaqalın detalları
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı












.jpg)

























