Cinayət dünyası
“Lotu Quli”nin adamlarına SİLAHLI HÜCUM
Dünən Ukrayna KİV-i Odessada iki azərbaycanlının – Gürcüstan vətəndaşı İlham Hacıyev və Oktay Arxalının həyatına sui-qəsd edildiyi barədə məlumat yayıb. O da bildirilib ki, onlar nüfuzlu “qanuni oğru”, Quli ləqəbi ilə tanınan Nadir Səlifovun etibar etdiyi adamlardır.
Məlumata görə, İlham Hacıyev və Oktay Arxalıya BMW 5 avtomobilində hücum edilib.
Killerlərin hücumu mayın 28-də gecə, Qaqarin küçəsində baş verib. Onların hər ikisi yüngül yaralanıb.
Yaralananlar Odessada tibb müəssisəsinə müraciət etsələr də, orada qalıb müalicə olunmaqdan imtina ediblər.
Bəzi məlumatlara görə, İlham Hacıyev və Oktay Arxalı hazırda Azərbaycanda həbsxanada cəza çəkən və yaxın gələcəkdə azadlığa çıxacağı ehtimal olunan "qanuni oğru" Qulinin etibarlı adamları sayılırlar.
Digər məlumata görə, xəsarət alanlardan biri-İlham Hacıyev digər azərbaycanlı “qanunçu” Albert Rıjiyə 2014-cü ilin mart ayında Sankt-Peterburqda edilən sui-qəsdin təşkilatçısıdır.
Ukrayna KİV-i bildirir ki, killerlər kriminal aləmdə Rafiq Eyvazov (Masallinski) kimi məşhur olan başqa bir avtoritetin sifarişini yerinə yetiriblər. Onlar bunu qisas almaq cəhdi kimi qələmə verirlər. Xatırladılır ki, “Lotu Quli”nin adamları İstanbulda Rafik Eyvazovu döyərək qulağını kəsmişdilər. Başqa sözlə, vurğulanır ki, 2016-cı il dekabrın əvvəlində Rafik Masallinski İstanbulda qətlə yetirilən Rövşən Lənkəranskinin əmisi oğlu ilə görüşdüyünə və Qulinin qardaşlarının yaşadığı yeri göstərməyə razılaşdığına görə cəzalandırılmışdı.
Ancaq məlumatlı mənbələrin virtualaz.org-a verdiyi məlumata görə, Odessadakı silahlı hücumda Rafiq Eyvazovun iştirakı haqda xəbər həqiqəti əks etdirmir. Əslində “Lotu Quli”yə yaxın adamlara sui-qəsd cəhdinin təşkilatçısı Rövşən Lənkəranskinin Dovşancığaz (Zayka) ləqəbli əmisioğlu Zaur Məmmədovdur. Hansı ki, Rövşən Lənkəranskinin ölümündən sonra Rusiya paytaxtında bir sıra bazarlarda öz təsir dairəsini genişləndirib.
Onu da xatırladaq, keçən ilin avqustunda öldürülən Rövşən Lənkəranskinin qətlinin təşkilində məhz “Lotu Quli” şübhəli bilinir.
-
Nəqliyyat07:35Bakı-Sumqayıt yolundakı tıxac problemi necə həll olunacaq? - Video
-
Ekopublika.az05:45Bakıda kirayə ev tutan ailələrə xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər















.jpg)



.jpg)




.webp)










.jpg)
