Cinayət dünyası
Dünyanın ən qəddar, manyak qadınları: ETDİKLƏRİNƏ İNANMAQ MÜMKÜN DEYİL
"Manyak" deyəndə nədənsə ağlımıza ilk gələn kişilər olur. Lakin tarixdə kifayət qədər amansız qadın manyaklar da olub.
Publika.az onlardan bir neçəsinin siyahısını və törətdikləri qandonduran cinayətləri təqdim edir.
Elen Ceqado
XIX əsrdə 18 yaşlı Elen Ceqado artıq 23 nəfəri qətl etmişdi. Gənc qız evində işlədiyi ailələrin yeməyinə zəhər qatır, bütün ailə üzvlərini öldürürdü. Hər qətl hadisəsindən sonra yeni zadəgan qurbanların axtarışına çıxırdı. Elen Ceqado minlərlə insanın gözü önündə dar ağacından asılmışdı.

Marqareta Qotfrid
1815-ci ildə Almaniyada çox qəribə qətl hadisəsi baş verir. Marqareta adlı qadın ərini və iki övladını zəhərləyib öldürür. Bundan sonra o özünə yeni məşuq tapır. Sevgilisinin sayəsində Qotfrid zəngin həyat sürməyə başlayır. Lakin pullar bitəndən sonra azğın qadın məşuqunu və öz valideynlərini qətl edir. Nəhayət Marqaret ona borc pul verməkdən imtina edən qardaşını öldürür. 1828-ci ildə cinayətkar qadın həbs olunur. Məhkəmə zalında etiraf edir ki, indiyədək 330 nəfərin ölümünə səbəb olub və buna görə vicdan əzabı çəkmir.

Qonsales bacıları
Delfina və Mariya Qonsales bacıları 90-dan çox insanın ölümündə günahkar bilinərək, 40 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Məlum olmuşdu ki, bacılar Meksika fahişəxanalarından birində işləyirmişlər. Burada çalışdıqları müddətdə 80 qadını və 11 kişini qətl etmişdilər.

Süzanna Ol
Süzanna adlı tibb bacısı 40 yaşında ikən Macarıstanın bir kəndinə köçür. Qadın kəndə köçəndən həmən sonra insanlar zəhərlənib bir-bir ölməyə başlayır. Onun cinayətinin qurbanları qocalar, gənc oğlanlar, hətta körpələr idi. 1929-cu ildə tibb bacısının törətdiyi cinayətlər aşkara çıxır. Süzanna Ol özünü də zəhərləyib, intihar edir.

Qrafinya Batori
Tarixin ən qəddar və dəhşətli qətl hadisələrini Qrafinya Batori törədib. Qrafinya həyatı boyu 650 gənc qızı qətl etdirərək, onların qanını içib. 1611-ci ildə Batori öz cinayətlərini etiraf edərək, 650-dən çox qadının ölümünə səbəb olduğunu bildirib. Vampir qadın öz qurbanlarını öldürdükdən sonra qanlarını içib, daim gənc qalacağına inanırdı. Qrafinya Batori 1614-cü ildə elə öz sarayının həbsxanasında dünyasını dəyişib.

Leyla Sarabi
-
Nida Xəbər 02:43Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
-
ABŞ02:19Trampın təyin etdiyi mətbuat katibi cəmi 5 gün sonra postunu tərk etdi - Qalmaqalın detalları
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı






































