Cinayət dünyası
İnsanları çarmıxa çəkən ŞƏRİƏT qanunları - - FOTO
Malayziyanın Kelantan ştatında şəriət qanunları əsasında tərtib edilən qanunvericilik ağlasığmaz işgəncələrlə yenidən gündəmə gəlib.
Publika.az xəbər verir ki, sözügedən qanunvericilik üzvlərinin əksəriyyəti İslam Partiyasının deputatlarından təşkil olunmuş parlament tərəfindən təsdiqlənib.
Sənədə əsasən həbsxana daxilində tətbiq edilən ağırlaşdırılmış cəzalandırma prosesi ictimai yerlərdə də gerçəkləşdirilə bilər: "Bu dini normalara uyğundur", deyə ştatın nazir müavini Moxt Amar Nik Abdulla bildirib.
Hələ rəsmi olaraq qüvvəyə minməyən qanun layihəsi haqqında ştatın Mədəniyyət və Turizm naziri Nəzir Əbdül Əziz danışıb. Onun sözlərinə görə bunun turist axınına heç bir dəxli yoxdur: "Yeni qanun ailə münaqişələri zamanı ər-arvad xəyanətinə və alkoqollu içki qəbul edən şəxslərə tətbiq ediləcək. Onlar insanların gözü qarşısında şallaqlanacaqlar. İnanmıram ki, bu turistləri narahat etsin çünki, onlar bu ərazilərə çox az diqqət göstərir. Əgər şəriət qanunları onları narahat edirsə bura heç gəlməsinlər".
Hal-hazırda 92,5 faizi İslam dininə inanan Kelantana əhalisi qismən də olsa şəriət qanunlarına söykənən qanunvericilik altında yaşayırlar. Burada gecə klubları və kinoteatrların yaradılması qəti şəkildə qadağandır.
Könül Cəfərli
-
Nida Xəbər 02:43Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
-
ABŞ02:19Trampın təyin etdiyi mətbuat katibi cəmi 5 gün sonra postunu tərk etdi - Qalmaqalın detalları
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı






































