Cinayət dünyası
"Lotu Yunus" xəstəxanaya aparıldı - VƏZİYYƏTİ AĞIRDIR
Bir neçə gün əvvəl Rusiyanın Ulyanovsk şəhərində polis tərəfindən saxlanılan azərbaycanlı "qanuni oğru" Yunus Novruzovun səhhətində ciddi problemlər yaranıb. "Qanuni oğru"nun yaxınlarının verdiyi məlumata görə, Rusiyanın Ulyanovsk şəhərində müailicə olunuan ''Lotu Yunus''un vəziyyəti qəfil pisləşib və xəstəxanaya yerləşidirilib. Hazırda o, reanimasiyada ciddi nəzarət altındadır.
Məlumata görə, dünən onun məhkəməsində ölkədən deportasiya olunmasına baxılmalı idi. Qəfil səhhətinin pisləşməsinə görə məhkəmə təxirə salınıb.
''Lotu Yunus''un yaxınları bildirdi ki, onu Azərbaycana gəlməsinə qadağa qoyulub. Ağır xəstə olan ''Lotu Yunus'' yaxınlarının, oğlunun yanında olmaq arzusundadır.
Xatırladaq ki, kriminal dairələrdə Yunus Bakinskiy və ya Yunus Yasamalskiy kimi tanınan titullu "qanuni oğru"nun həbsxanada baltalanan zaman başından aldığı xəsarətin fəsadları hələ də getməyib. Ona görə də, o, müalicə olunur. Bir neçə gün əvvəl Rusiyanın hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən ''Lotu Yunus'' saxlanılsa da, 1 gün sonra sərbəst buraxılıb.
“Qanuni oğru” Bakıda cəzaçəkmə müəssisələrində 20 ildən çox saxlanılıb və hələ 1984-cü ildə ad alıb.
2008-ci ildə Yunus Bakinskiyə sui-qəsd olub. Oktyabr ayının 15-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 1 saylı koloniyasında cəza çəkən 1982-ci il təvəllüdlü Vəfadar Mirzəyev yatan Yunus Nəzərova balta ilə zərbə endirib.
(Criminal.az)
-
Nəqliyyat07:35Bakı-Sumqayıt yolundakı tıxac problemi necə həll olunacaq? - Video
-
Ekopublika.az05:45Bakıda kirayə ev tutan ailələrə xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər












.jpg)



.jpg)







.webp)








.jpg)
