Cinayət dünyası
Azərbaycanlı və erməni "vor-zakon"lar arasında miras davası - FOTOLAR
Rövşən Lənkəranskinin qətlindən sonra Rusiyanın kriminal aləmində pul və "vəzifə" bölgüsü üstündə mübahisələr artmağa başlayıb. Bu yaxınlarda həbsdən çıxan 48 yaşlı Eduard Asatryan Ded Xasanın mirasına iddialı olduğunu bəyan edib. O, bu istəyini 2012-ci ilə qədər Ded Xasanın "sağ əli" olması ilə əsaslandırıb.
Publika.az azvision.az-a istinadən xəbər verir ki, kriminal
ekspertlər hesab edirlər ki, Ded Xasanın mirasının Asatryana çatma
ehtimalı azdır. Çünki ortada başqa "oyunçu"lar var və onlar
nüfuzuna görə Asatryandan heç də geri qalmırlar. Odur ki, Rusiya
kriminal elitasını böyük sarsıntılar gözləyir. Çelyabinskdə
narkotiklərin saxlanmasına görə 3 il cəza çəkən "qanuni oğru"
həbsdən çıxdıqdan sonra məsələ təkrar gündəmə gəlib. Həbsdən çıxan
kimi dərhal miras iddiası onun ciddi problemləri həll etməsini
ortaya qoyur. Çünki, həbsdə olanda onun oğlu, ən gənc "qanuni oğru"
kimi tanınan Sergey Asatryanın (Sergey Bentli) "qanuni oğru"
statusu əlindən alınıb.

Digər tərəfdən Edikin həbsdən azad olması erməni "qanuni oğru"nun
yolunda ciddi problem yarada bilər. Gürcü Edik 3 avqust tarixində
həbsdən çıxıb. Məlumata görə, o Dağıstana yeni pasport almaq üçün
gedib. O, bir müddət əvvələdək ən nüfuzlu "oğru" hesab edilirdi.
Bundan sonra onun hansı işlərə məşğul olacağı da məlum deyil.
Bəziləri hesab edir ki, Eduard Asatryan Ded Xasanın yanında
olmayıb. O, çox zaman Usoyanın "siyasəti"nə qarşı çıxan nadir
şəxslərdən biri olub. Zaman-zaman Tariel Oniani, Merab
Cvanqveladze, Bədri Koquaşvili kimi "oğru"ların şifahi olaraq
"statusları"nın əlindən alınması ilə bağlı qərarlara qarşı olub.
Ded Xasan həbs edildikdən sonra isə "Böyük" Asatryan təşəbbüsü ələ
almağa çalışıb və mübarizədə Piquç, Voksres, Miron kimi "oğru"larla
qarşı-qarşıya gəlib.

Xasanın ölümüdən sonra əsas məsələ "Obşak"ı əlində saxlamaq olub.
Nəticədə Asatryan "qanuni oğru" Vasya Voskreslə mübarizəyə
başlayıb. Narazılıqlar bundan sonra daha da böyüyüb.
Araşdırma nəticəsində məlum olub ki, Vasya mühasibatlıqda "kritiy"
işlər görüb və nəticədə "obşak"da külli miqdarda çatışmazlıq
yaranıb. Bu isə Vasyaya bütün nəzarəti öz əlində keçirməyə birbaşa
səbəb verib. 2014-cü ildə 2 apreldə Asatryan Vasya Voskresi görüşə
çağırıb. Özü də "Köhnə fayton" restoranına. Bura təsadüfi
seçilməmişdi. Ded Xasan məhz bu restorandan çıxarkən snayperlə
öldürülüb. Lakin görüş istənilən kimi baş tutmayıb. Belə ki,
Voskresin yerinə restorana Rusiya polisi gəlib. Asatryanla bərabər
restoranda daha 7 "qanuni oğru" olub. Onlarda 3 nəfərdə - Elqoca
Turkadze, Vladimir Ozerski və İlqar Əliyevdən heroin götürülüb və
həbs ediliblər.

Asatryanın özü isə 4 ay sonra saxlanılaraq 3 il müddətinə
azadlıqdan məhrum edilib. O, həbsdə olduğu müddətdə Kürd Şakro
türmədən çıxıb. Kürd Şakronun ətrafı güclənməyə başlayıb. Belə ki,
Asatryan azadlıqda olanda həbsdəki "oğru"nun mövqelərinə təsir edə
bilmirdi. Hazırda kriminal aləmdə Asatryanın düşmənləri
dostlarından daha çoxdur. Onların arasında Voskres, Miron, Vaqif
Sülymanov (Vaqif Bakinski), Qela və Qizo Kardava qardaşları, Valeri
Farizov, Qadi Kalonyan, Qoqi Piterski, Niko Dqebuadze də var. Hətta
2013-cü ildə Asatryan və oğlunun "sxodka"da döyüldüyü deyilir.

2014-cü ilin avqustunda isə Asatryan həbs olunandan sonra
azərbaycanlı "qanuni oğru" onu sındırmaq" istəyir. Həbsxanaya
aparılan Asatryanı Vaqif Bakinskinin "proqon"u gözləyib. Bakinski
"Edik ona aid bir sıra məsələlərə görə artıq "oğru" hesab
edilməsin" deyə bildirib. Ancaq Asatryan ətrafından istifadə edərək
"proqon"un imtinasına nail ola bilib. Asatryanın "oğru" statusu
hələ də saxlanılır. Bütün hallarda kriminal aləmdəki mövcud
vəziyyət ona Ded Xasanın mirasını almaq üçün kifayət etməyəcək. Həm
də artıq onunla "maarifləndirici" söhbət aparıldığı bildirilir.
-
Nida Xəbər 02:43Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
-
ABŞ02:19Trampın təyin etdiyi mətbuat katibi cəmi 5 gün sonra postunu tərk etdi - Qalmaqalın detalları
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı






































