Cinayət dünyası
Müsəlman qadınların qarşısında etdiyi bu hərəkəti BAŞINA BƏLA OLDU: donuz əti və...
Məhkəmə İsveç vətəndaşını müsəlmanların qarşısında bekon (donuz ətindən yemək) yediyinə görə günahkar hesab edərək cərimələyib.
Publika.az bildirir ki, ilk baxışdan səbəb absurd görünə və çoxları belə qərarla razılaşmaya bilər, lakin məsələnin təfərrüatına varınca qadınların hislərinin təhqir olunduğu məhkəmə tərəfindən sübut olunub.
“Bu nə absurd məhkəmə hökmüdür!”, - "The Daily Mirror" qərar verməkdə tələsir... Ümumiyyətlə, qərb jurnalistləri qərarı yanlış kimi qələmə verməyə çalışırlar, amma hakimlər qanunu pozandan cəriməni almaq üçün tutarlı səbəblərə istinad ediblər.

Hadisə 2015-ci ildə Stokholmda şəhərətrafı elektrik qatarında baş verib. 2 il sürən məhkəmə tolerantlığa qarşı laqeyd olan sərnişinə 1120 dollar cərimə kəsib, eyni zamanda, 3 zərərçəkmiş müsəlman qadın olmaqla, hər birinə 630 dollar kompensasiya ödənilməsinə dair qərar çıxarıb.
Şahidlərin sözlərinə görə, 52 yaşlı kişi vaqon-restoranda donuz əti ilə buterbrod sifariş edib, qəsdən üç müsəlman qadının qarşısında oturub və tələb edib ki, onlar da onun yeməyinə qoşulsunlar.

Qadınlar qalmaqaldan qaçmağa çalışaraq, başqa masaya yerlərini dəyişiblər, amma bu, onlara kömək etməyib. Kişi yenidən onların əyləşdiyi masaya oturub, hərçənd vaqonda xeyli başqa boş yer var idi. O, açıq-aydın hərəkətləri ilə bildirirdi ki, müsəlmanlara nifrət edir. Onun qadınların arxasınca yerdəyişmələri müşahidə kamerasıyla qeydə alınıb. Təqdim olunmuş sübutlara əsasən, Attunda rayon məhkəməsi kişinin belə davranışını sərnişinlərin təhqir olunması kimi qiymətləndirib.
Beləliklə, qatarda qalmaqallı axşam yeməyi axmaq kişiyə baha başa gəlib. Halbuki, qidalanmaq üçün yemək seçimində onun azadlığını heç kəs məhdudlaşdırmırdı. Sakitcə, başqa dinin nümayəndələrinə tolerant və dözümlü yanaşaraq yeməyini yeyə bilərdi.
Zaur H.
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi























.jpg)












