Cinayət dünyası
“Lənkəranskini mən öldürmüşəm!” - Azərbaycanlı avtoritetə kim zəng edib? - Yeni TƏFƏRRÜATLAR
Sentyabrın 11-də gecə saatlarında Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Abanotubani rayonunda öldürülən Azərbaycan vətəndaşı Elçin Məmmədovun qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, E.Məmmədovun restoranda əyləşdiyi masadan qəfil qalxmasının səbəbi ortaya çıxıb.
Xəbərə görə, azərbaycanlı avtoritet İlham Haciyev adlı şəxslə və “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) bir neçə yaxın adamı ilə yemək yediyi vaxt ona zəng gəlib. Çölə çıxaraq öz avtomobilində telefonla danışan E.Məmmədov silahlı hücuma məruz qalıb. Hazırda ona zəng edən şəxsin kimliyi araşdırılır.
Yaxın ətrafındakı adamların sözlərinə görə, E.Məmmədov 2016-cı il avqustun 18-də Türkiyədə güllələnən azərbaycanlı avtoritet Rövşən Caniyevin (Rövşən Lənkəranski) aradan qaldırılmasında iştirakına görə lovğalanırdı. Amma onun həqiqətən də Lənkəranskinin ölümündə iştirak edib-etmədiyi məlum deyil.

Xatırladaq ki, 42 yaşlı E.Məmmədov Gürcüstan paytaxtının Vaxtanq Qorqasali küçəsində yerləşən “Maspindzelo” restoranının yaxınlığında güllələnib. O, 2015-ci ilin fevralında Moskvada edilmiş soyğuna görə federal axtarışda idi. Üç güllə yarası alan Məmmədovun cəsədi ağ “Toyota Land Cruiser”də tapılıb. Tapançadan açılan atəşin izləri avtomobilin hər iki tərəfində aşkar edilib. Bu, hücum edənlərin iki nəfər olduğu versiyasını irəli sürməyə imkan verir.
Cinayətlə bağlı hələ heç kim saxlanmayıb. Amma hüquq-mühafizə orqanlarındakı mənbələr qeyd edirlər ki, mərhum "Rafiq Masallinski" kimi tanınan kriminal avtoritet Rafiq Eyvazov üzərində alçaldıcı divanın təşkilatçısıdır. O, Nadir Səlifovun ən amansız “cəllad”larından biri idi. Rafiqi məhz Elşən restorana görüşə çağıraraq onun üzərində açıq məhkəmə təşkil edib.
Mənbələr bildirirlər ki, son qətl kriminal aləmdəki qruplaşmalar arasında qarşıdurmanın yeni səviyyəyə çıxdığını göstərir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ömər Dağlı
-
Nida Xəbər 02:43Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
-
ABŞ02:19Trampın təyin etdiyi mətbuat katibi cəmi 5 gün sonra postunu tərk etdi - Qalmaqalın detalları
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı






































