• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

“İsmayılovlar işi”ndə yeni cəsədlər: Daha bir qruplaşma ilə qarşıdurmanın ŞOK DETALLARI

“İsmayılovlar işi”ndə yeni cəsədlər: Daha bir qruplaşma ilə qarşıdurmanın ŞOK DETALLARI

Azərbaycanlı iş adamı, Rusiyanın məşhur "Çerkizov" bazarının keçmiş sahibi Telman İsmayılov və qardaşları ilə bağlı aparılan cinayət işində yeni detallar ortaya çıxıb.

Publika.az “Rosbalt” agentliyinə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Müstəntiqlərin fikrincə, paytaxt regionunda bazarların tutulması zamanı "Çerkizov"un keçmiş sahibləri yalnız “Koptevsk” qruplaşması deyil, həm də “luberetski”lilərə (“Luberetski” Moskvaətrafı Luberetski rayonunda 1990-cı illərdə mövcud olmuş cinayətkar qruplaşmadır –red.) qanlı mübarizə aparıb.

Bildirilir ki, Telman İsmayılovun ailəsinin fəaliyyəti haqqında cinayət işində potensial qurbanların sayı artıb. İndi tədqiqatçılar ailənin “Luberetski” qruplaşmasının üzvlərinin silsilə qətlində iştirakını yoxlayırlar.

Hüquq-mühafizə orqanlarındakı mənbə “Rosbalt” bildirib ki, tədqiqatçıların fəaliyyətində yeni istiqamət istintaqın biznesmen Sergey Qavryuşinlə əməkdaşlıq etməyə başlamasından sonra ortaya çıxıb. Xatırladaq ki, “Rosbalt” bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən Qavryuşinin “Koptevsk” cinayətkar qruplaşmasının üzvlərinin silsilə qətli haqqında cinayət işi üzrə yeni şahid olduğunu yazıb.

Yeni şahid olan Qavryuşin 15 il ərzində İsmayılovların yaxın ətrafında olub. Xüsusi halda, təsisçisi Rafiq İsmayılov olan “Merkuri-R” MMC-nin baş direktoru idi.

Agentliyin məlumatına görə, Sergey Qavryuşin Rafiq İsmayılovun biznesində bütün məsələlər üzrə cavabdeh şəxs idi və Telman İsmayılovdan tez-tez tapşırıqlar alırdı. “Rosbalt” qeyd edir ki, Qavryuşin Rafiq İsmayılovun faktiki “kölgəsi” olduğundan qardaşlar tez-tez onun yanında açıq danışıqlar aparırdılar.

Sahibkardan alınmış məlumatlar istintaqa 2000-ci ildə biznesmen Andrey Lobanovun qətlində və bir sıra başqa cinayətlərdə İsmayılovlar ailəsinin iştirakını müəyyən etməyə kömək edib. Telman İsmayılovun ailəsi ilə bağlı olan 12 ünvanda aparılan axtarışlar da məhz yeni şahidin ifadələri ilə bağlıdır.

Bundan başqa, mənbənin məlumatına görə, İsmayılovlar barəsində cinayət işinin fiqurantları arasında yeni şahidin ifadələrindən sonra tezliklə hüquq-mühafizə orqanlarının yüksək vəzifəli işçiləri çıxa bilər.

Xəfiyyələrin məlumatına görə, 2009-cu ildə İsmayılovların əsas gəlir mənbəyi olan Çerkizovski bazarı bağlandıqdan sonra ailə üzvləri başqa sahələr üzrə böyük obyektlər axtarmağa başlayıb. Xüsusi halda, Moskvaətrafı Balaşıxinski rayonunda yerləşən “Abramsevo” nəhəng bazarı onların xoşuna gəlib. Ancaq bazar “Luberetski” qruplaşması və onunla bağlı olan biznesmenləri nəzarəti altında idi. Əvvəlcə İsmayılovlar və qanqsterlər birgə biznes haqqında razılaşıblar.

Amma sonra onların arasında gəlir bölgüsünə görə münaqişələr yaranmağa başlayıb. Münaqişələr “Abramsevo” bazarının bağlanmasından sonra da davam edib. Eyni zamanda “Luberetski”nin liderlərinin vurulması başlandı. Halbuki, onlardan bir çoxu artıq leqallaşmağa vaxt taparaq biznesmen, hətta deputat olmuşdular. Xəfiyyələr bildirir ki, hücumların arxasında məhz İsmayılovların dayandığına dair şübhələnmək üçün (həmçinin şahidlərin ifadələrinə əsasən) bütün əsaslar var. “Rosbalt”ın mənbəsinin fikrincə, artıq demək olar ki, bir hücumda İsmayılovların iştirakı dəqiqliklə müəyyən edilib. Mənbə qeyd edir ki, ailə “Luberetski”nin Tomilino qəsəbəsində yaşayan liderlərindən birini aradan götürmək üçün öz silahlılarını göndərib. O odlu silahdan atəş nəticəsində yaralanıb, amma sağ qalıb.

“İttihamlar hələ ki, beş qətl üzrə təqdim edilib. Amma qətllər və sui-qəsdlərin hazırlanması üzrə cinayətkar fəaliyyətin təxminən on epizodu var”, - agentliyin həmsöhbəti bildirib.

Qeyd edək ki, hazırda İsmayılovlar ailəsinin üzvləri barəsində Rusiya Cinayət Məcəlləsinin 5 maddəsi - 210 (cinayətkar qruplaşmanın təşkili), 105 (qətl), 167 (yanğın), 222 (silahın qanunsuz saxlanılması) və 172 (qanunsuz bank fəaliyyəti) maddələri üzrə cinayət işi qaldırılıb. Cinayət işində hazırda əsasən “Koptevsk” qruplaşmasının üzvlərinin və onlarla bağlı biznesmenlərin qurban olduğu göstərilir.

“Koptevsk” qruplaşması 1990-cı illərin əvvəllərində Viktor Dovjin və “Potema” ləqəbli fırıldaqçı tərəfindən yaradılıb. Sonradan qruplaşmanın liderləri Aleksandr və Vasili adlı qardaşlar olub. 1994-cü ildən başlayaraq qruplaşmanın üzvlərinin qətl dalğası başlanıb, 1995-ci ildə qruplaşmanın lideri Aleksandr öldürülüb. 1997-ci ildə növbə onun kiçik qardaşına çatıb. Bundan sonra qruplaşmaya “Zyoma” ləqəbli Sergey Zimin başçılıq edib. Lakin qətllər dayanmayıb və sonrakı il yarım ərzində qruplaşma daha 10 nəfər itki verib. Çoxsaylı itkilərə baxmayaraq, qruplaşma öz fəaliyyətini kommersiya sahəsində leqallaşdırıb.

İddiaya görə, “Koptevsk” qruplaşmasının üzvlərinin qətlləri İsmayılov qardaşlarının Moskvanın Şimal inzibati dairəsində yerləşən, həmin qruplaşmanın nəzarətində olan bir sıra bazarları və ticarət mərkəzlərini ələ keçirmək cəhdlərindən sonra baş verirdi.

Rafiq İsmayılov hazırda həbsdədir. Daxili İşlər Nazirliyinin yüksək vəzifəli əməkdaşı olmuş qardaşı Vaqif İsmayılov isə axtarışa verilib. Telman İsmayılova qarşı ittihamlar hələ irəli sürülməyib. “Rosbalt” qeyd edir ki, Sergey Qavryuşinin verdiyi ifadələr əsasında Telman İsmayılova qarşı qiyabi ittihamlar irəli sürülə və onun axtarışı elan edilə bilər.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR