Cinayət dünyası
Kreml məsələyə qarışdı: “Qanuni oğrular” və İslam icmaları arasında ÖLÜM-DİRİM SAVAŞI
Rusiyanın Krasnoyarsk diyarında avtoritetlər həbsxanalarda hakimiyyətin müsəlmanlara keçmə ehtimalından qorxuya düşüblər.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Krasnoyarsk həbsxanalarına “baxan” avtoritetlər buna imkan verməmək üçün Yekaterinburq “qanuni oğru”larından dəstək istəyiblər.
Məlumata görə, onlar yaxın vaxtlarda müraciət yayıblar. Müraciətin mahiyyəti ondan ibarətdir ki, həbsxanalarda milliyyət və ya inam üzrə fərqlər ola bilməz. Müraciət həbsxanalarda “oğru” anlayışına tabe olmayan İslam icmalarına – “camaatlar”a işarə idi.
Müraciətin müəllifləri “özbaşınalığın” nümunələrini gətirirlər. Müsəlman dustaqlarla münaqişələrin bəziləri müxtəlif baxışlara görə məişət səviyyəsində yaranır. Məsələn, müsəlmanlar mətbəx bıçağı ilə donuz piyinin (donuz əti və heyvanın digər məhsullardan istifadə islam dininda haram hesab edilir - red.) kəsilməsinə qəti etiraz edirlər.
Xatırladaq, “camaatlar”la ən böyük münaqişə “qanuni oğru” Ruslan Qeqeçkori (“Kiçik Şlyapa”) arasında baş verib. Bu ilin əvvəlində Tuvanın koloniyalarından birində onunla çeçenlər arasında münaqişə yaranıb. Çeçenlərdən biri tərəfindən vurulmasına cavab olaraq, Ruslan cinayət yoldaşları ilə birlikdə Qafqazdan olan məhbusları döyərək koloniya ərazisindəki məsciddə talan təşkil edir. Bu, dustaq müsəlmanlar arasında qisas arzusunu baş qaldırır. “Oğru”nu yalnız dustaqlar deyil, hətta Ümumrusiya Millətlərarası Gənclər İttifaqının sədr müavini Azamat Minsayev hədələyir. Və bəzi məlumatlara göörə, qeyri-formal mənəvi liderlər öz “sxotka”sını keçirərək Ruslan Qeqeçkoriyə ölüm hökmü çıxarıblar.

Rusiya Cəzaların İcrası üzrə Federal Xidməti “qanuni oğru”nu başqa həbsxanalara köçürmə yolu ilə bu münaqişəyə son qoymağa qərar verir. O, əvvəlcə Açinsk koloniyasına yola düşür, sonra Krasnoyarskda həbsxananın xəstəxanasına yerləşdirilir, nəhayət, yayda onun “qırmızı zona”ya – Minusinskiyə köçürüldüyü məlum olur.
Lakin görünür, problem həll edilməyib. Avqustun 7-də Krasnoyarsk İctimai nəzarəti komissiyasının illik hesabatı çıxdı. Hesabatda koloniyalarda işgəncələrə və döyülmələr haqqında şikayətlərdən danışılırdı. Hesabatda məhbusların bəzilərinin “oğru”, digərlərinin isə “camaat” ənənələrindən imtinaya görə işgəncələrə məruz qaldığı əksini tapıb.
Yekaterinburq “qanuni oğru”larına ünvanlanan müraciətin sonunda müəlliflər xatırladırlar ki, “dustaq tərzindən imtina yolverilməzdir”. Onlar bu problemin həllinə müsəlman “qanuni oğruları”nı da cəlb etməyə hazırlaşırlar.
Öz növbəsində, Cəzaların İcrası üzrə Federal Xidmət ötən il bildirib ki, həbsxanalarda radikal müsəlman icmaları ilə mübarizəni gücləndirmək niyyətindədir.
Ömər Dağlı
-
Magazin119:24Xuramanla əri arasında cəyirtkə qalmaqalı: “Məni boşayacaq” - VİDEO
-
Hadisə18:24Azərbaycanda meşədən qadın və kişi MEYİTİ TAPILDI
-
Yaxın Şərq17:07Müsəlman ölkələrinin birləşməsi İsraili təşvişə saldı: Tətikdə olmalıyıq
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı




































