Cinayət dünyası
Ögey atasından 9 uşaq dünyaya gətirdi - 19 illik cinayətin ŞOK TƏFƏRRÜATLARI
Meksikanın hüquq mühafizə orqanları ABŞ-ın Oklahoma ştatının 62 yaşlı sakinini saxlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Henri Mişel Piett 19 il ərzində ögey qızı Rozalin Мakqinnisi zorlayıb.
O, bu müddətdə qadını dustaq saxlayıb. Rozalin Makqinnisi huşu itənə kimi döyən amerikalı onu özü ilə cinsi əlaqədə olmağa məcbur edirdi. Polis deyir ki, qız ilk dəfə 11 yaşı olanda təcavüzə məruz qalır.
İstintaqın versiyasına görə, hər şey 1997-ci ildə başlanıb. Ötən illər ərzində Rozalin seksual köləlikdən 9 uşaq dünyaya gətirib. 2017-ci ilin sentyabrında qadın Amerika səfirliyinə müraciət edərək başına gələnləri danışıb.
Qeyd edilir ki, Henri Mişel Piettin Meksika və Mərkəzi Amerika ölkələrinin cinayətkar qruplaşmaları ilə əlaqələri var. O, ABŞ-a ekstradisiya edilib.
Hazırda qadınla və onun uşaqları ilə psixoterapevtlər çalışır. Uşaqların 2-dən 17-yə qədər yaşı olduğu bildirilir.
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi























.jpg)












