Cinayət dünyası
Qatardan qaçan "Qoca" həbsdə "nadzor"u öldürübmüş...
Ötən gün Bakıya etap edilən zaman Biləcəri dəmiryol stansiyasında qaçan dustaq 1980-ci il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov kriminal aləmdə böyük nüfuza malikdir.
Lent.az xəbər verir ki, Etibar Məmmədov kriminal aləmdə "Qoca", "Etibar Hacıqabullu", "Brodyaqa Etibar" ayamaları ilə məşhurlaşıb.
O, uşaq yaşlarında cinayət törətdiyi üçün həbsdə düşüb. Onu Bakıda olan "maloletka"ya (yetkinlik yaşına çatmayanlarla islah müəssisəsinə) göndəriblər.
Yetkinlik yaşına çatmamışların cəza çəkdiyi müəssisədə E.Məmmədov kriminal dildə desək "opşak" yaradıb. Elə məhz "maloletka"da qaldığı dövrdə həbsxana nəzarətçisini qətlə yetirib. Yaşı az olduğunu üçün bu cinayətə görə 10 il azadlıqdan məhrum edilib. Çünki Azərbaycan Cinayət Məcəlləsinə əsasən 18 yaşına çatmayan şəxslərə 10 ildən artıq cəza verilmir.
"Qoca"nın həbsxanada "nadzor"u qətlə yetirməsi kriminal aləmdə səs-küyə səbəb olub. Təkcə Azərbaycanda deyil, keçmiş MBD ölkələrində kriminal aləm üzvləri tərəfindən Etibar Məmmədovun avtoriteti qəbul edilib.
Etibar Məmmədov 18 yaşına çatandan sonra onu Azərbaycanda olan həbsxanalara etap ediblər. Harada cəza çəkməsindən asılı olmayaraq "Qoca Hacıqabullu" içəridə "vəziyyət" yaradıb.
Belə ki, o, "oğru qanunlarını" həbsxanada icra etdirib. Xələcdə cəza çəkdiyi müddətdə onun həbsxanada "bunt" qaldırdığı bildirilir. Dustaqlar onun sözüylə "bunt"a qoşulub. Çətinliklə də olsa, hüquq-mühafizə orqanları vəziyyətə nəzarətə götürə bilib.
Bir müddət sonra isə "Xələc türməsi"nin rəisi olan Abbasqulu Qarayev vəzifəsindən azad edilib.
"Etibar Hacıqabullu" azadlığa çıxdıqdan sonra Bakıda və Azərbaycanın başqa bölgələrində kriminal "razborkalar"a qoşulub. Dəfələrlə xırda cinayətlərə görə saxlanılıb, lakin bir müddət sonra azadlığa çıxa bilib. "Qoca" Azərbaycanda həbsdə olan "Lotu Quli" ləqəbli kriminal aləm üzvü Nadir Səlifova yaxınlığı ilə seçilir.
Digər "qanuni oğrular"la yaxın münasibətdə olan Etibarın azadlıqda olan zaman "Lotu Yunus Yasamalinski" kimi tanına Yunus Nəzərovla da şəkilləri var.
-
Nida Xəbər 02:43Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
-
ABŞ02:19Trampın təyin etdiyi mətbuat katibi cəmi 6 gün sonra postunu tərk etdi - Qalmaqalın detalları
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı






































