Cinayət dünyası
“Lotu Quli”nin vəkili qaçan məhkumlardan DANIŞDI
Bakı-Astara-Bakı qatarı ilə paytaxta gətirilərkən qaçan məhkumlar “Qoca” ləqəbli Etibar Məmmədov və Əli Ağaminin Nadir Səlifovun adamları olması ilə bağlı yerli mətbuatda müxtəlif məlumatlar yayılıb.
“Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun vəkili Təranə
Əliyeva AzVision.az-a bildirib ki, məlumatlar həqiqəti əks
etdirmir.
“Harada nə olursa, o saat Nadir Səlifovun adını yazırlar. Kimin
haradansa qaçmasının Nadir Səlifova nə aidiyyəti ola bilər? Bu
barədə məlumatlar yalandır” - deyə T.Əliyeva vurğulayıb.
Qeyd edək ki, iki gün öncə Bakı-Astara-Bakı qatarında xüsusi
təyinatlı vaqonla paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar
Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami
və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində
baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin
ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla
gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında
E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.
-
Nida Xəbər 02:43Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
-
ABŞ02:19Trampın təyin etdiyi mətbuat katibi cəmi 6 gün sonra postunu tərk etdi - Qalmaqalın detalları
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı






































