Cinayət dünyası
Lənkəranskinin dəstəsinin üzvləri saxlanıldı - "Lotu Quli"nin ən etibarlı adamını öldürüblər
Sankt-Peterburqda Rövşən Lənkəranskinin dəstəsinin üzvləri – Emin Əhmədov, Hüseyn İsgəndərov və Mehman Əmiraslanov saxlanılarkən müəyyən edilib ki, onların Lotu Qulinin adamı olmuş Elşən Məmmədovun qətlində əli ola bilər.
Bu barədə Rusiyanın hüquq-mühafizə orqanları məlumat verib.
Xatırladaq ki, Elşən Məmmədov – Lotu Qulinin ən etibar etdiyi adamlardan biri – sentyabrın 12-də Tbilisidə özünə məxsus “Toyota Land Cruiser” avtomobilində qətlə yetirilib.

Elşən Məmmədovun qətli
Virtualaz.org-un Tbilisidəki etibarlı mənbələri xəbər verir ki, Gürcüstan polisi qətldə Lənkəranskinin dəstəsinin Sankt-Peterburqda saxlanılmış üzvlərini şübhəli bilir. Emin Əhmədov kriminal avtoritet və Moskvada bizneslə məşğul olan Zaur Əhmədovun doğma qardaşıdır. Türkiyədə “qanuni oğru” Rövşən Lənkəranskinin öldürülməsindən sonra onun oğru imperiyasına faktiki olaraq Zaur Əhmədov başçılıq edib. Zaur Əhmədov özü Rövşən Lənkəranskinin xalası oğludur və onun bacısının əridir.

E.Məmmədovun güman edilən qatili – Emin Əhmədov
Zaur Əhmədov həmçinin Lotu Qulinin ətrafındakı adamlara qarşı ovun əsas təşkilatçısı hesab edilir. Emin Əhmədov, Hüseyn İsgəndərov və Mehman Əmiraslanovun olduqları VAZ-2114 avtomobili Sankt-Peterburqda Turku küçəsində park edilibmiş.

E.Məmmədovun güman edilən qatili – H.İsgəndərov
Baş leytenant V.Denisenkonun rəhbərliyi altında polis naryadı cinayətkarları saxlayıb və avtomobildə axtarış keçirib. Axtarış vaxtı 8 güllə ilə birlikdə tapança, eyni zamanda qandallar, maskalar və xüsusi əlcəklər tapılıb. Götürülmüş silah artıq ekspertizaya göndərilib. Sankt-peterburqlu hüquq-mühafizə orqanlarının əməkdaşları bildirirlər ki, saxlanılanlar yeni sifarişli qətl hazırlayırmış. Bildirildiyinə görə, Zaur Əhmədov artıq işə qarışıb və qardaşının azad edilməsi üçün böyük məbləğdə pul təklif edib. (virtual.org)
-
Nida Xəbər 02:43Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
-
ABŞ02:19Trampın təyin etdiyi mətbuat katibi cəmi 6 gün sonra postunu tərk etdi - Qalmaqalın detalları
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı






































