DİN-dən Oğuzdakı yaralanma hadisəsi ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Kriminal

DİN-dən Oğuzdakı yaralanma hadisəsi ilə bağlı AÇIQLAMA

DİN-dən Oğuzdakı yaralanma hadisəsi ilə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi Oğuz rayonunda baş vermiş insidentə münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a bildirilib ki, iki azyaşlı arasında baş vermiş münaqişə zamanı yeniyetmələrdən biri digərinə mismara bənzər dəmirlə xəsarət yetirib.

İki yeniyetmənin münaqişəsi kütləvi xarakter daşımayıb.

RPŞ-da faktla bağlı araşdırma aparılır.

***

Oğuz rayonunda dava zamanı 16 yaşlı yeniyetmə bıçaqlanıb.

Publika.az xəbər verir ki, iyunun 22-də axşam saatlarında Oğuz şəhəri ərazisində beş nəfər arasında kütləvi dava olub.

Dava iştirakçılarından biri - Oğuz rayon sakini 2004-cü il təvəllüdlü Murad İmran oğlu Qədirli bıçaq xəsarətləri alıb.

Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı yeniyetmənin bədəninin müxtəlif nahiyələrində deşilmiş-kəsilmiş bıçaq xəsarətləri aşkar olunub.

Faktla bağlı araşdırma aparılır. / Report

Oxumağa davam et
Reklam
Reklam

Gündəm