Kriminal
Azərbaycanda həbsdə olan vəzifəli şəxsin işi məhkəməyə göndərildi
Əhatə etdiyi geniş əhali kateqoriyasına görə sosial-müdafiə sahəsinin mühüm komponentlərindən olan əmək və pensiya təminatı sistemində baş verə biləcək sui-istifadə hallarına qarşı prokurorluq orqanları tərəfindən məqsədyönlü tədbirlərin görülməsi davam etdirilir.
Publika.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağcabədi rayon filialında sosial müavinətlərin təyin edilməsi ilə bağlı yol verilmiş qanunsuzluqlara dair daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaq zamanı DSMF-nin Ağcabədi rayon filialının müavinət sektorunun baş məsləhətçisi vəzifəsində işləmiş Bayramov Fariz Nəriman oğlunun xidməti vəzifəsinin icrası ilə əlaqədar 2018-2020-ci illər ərzində ünvanlı dövlət sosial yardımın təyin olunmasına köməklik edəcəyi müqabilində ayrı-ayrı rayon sakinlərinin kart hesabına köçürülmüş ödənişlərin ilk bir neçə aylıq məbləğini istəyərək müxtəlif vaxtlarda və yerlərdə nağd şəkildə almasına, həmçinin vətəndaşların bank kartlarını özündə saxlamaqla aylıq köçürülən pul vəsaitlərini nağdlaşdıraraq ümumilikdə 13 min manat məbləğində vəsaiti rüşvət qismində əldə etməsinə və sosial müavinət təyin etdirəcəyi adı ilə vətəndaşa məxsus xeyli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən qanunsuz hərəkətləri ilə Fariz Bayramov Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma – təkrar törədilməklə), 29, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd) və 32.4,312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)



























.jpg)
.jpg)
