Kriminal
Bakıda iyrənc olay: 37 yaşlı kişi ögey qızını hamilə qoydu
Ötən ilin yanvar ayında Bakı şəhər Xətai rayonu Əhmədli qəsəbəsində paytaxt sakini, 1984-cü il təvəllüdlü Natiq Məmmədovun yetkinlik yaşına çatmayan ögey qızı, 2005-ci il təvəllüdlü Z.M-i zorlaması faktı ilə bağl açılmış cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə N.Məmmədov Cinayət Məcəlləsinin 149.2.3-ci (zorlama - təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq zamanı məlum olub ki, azyaşlı qızın atası ilə anası hələ onun 1 yaşı olanda ayrılıblar. Bundan sonra qadın qızı ilə birgə Bakıya köçüb və Natiqlə ailə qurub. Bu nikahdan onun bir oğlu da dünyaya gəlib. Ötən ilin 23 yanvar tarixində Z.M-in anası 2 günlük Gəncəyə getdiyi vaxt ögey atası olan Natiq gecə saat 2 radələrində çarpayıda yatdığı vaxt ona qarşı zor tətbiq edərək zorlayıb. Bu səbbədən azyaşlı qız hamilə qalıb və keçən ilin avqustunda hamiləliyin 29-cu həftəsində ölü döl dünyaya gətirib.
Bildirilir ki, ögey qızını zorlayan şəxs ondan aralarında olan hadisəni gizlətməsini tələb edib. Uşaq hamilə olduğunu biləndə isə, o, ona dərman verib uşağı tələf edəcəklərini deyib. Lakin qısa vaxt sonra hadisənin üstü açılıb.
-
Banklar 20:30Kartlardan pul silinməsi ilə bağlı Mərkəzi Bankdan açıqlama
-
Elm və təhsil20:10Qəbul imtahanının nəticəsi elan olundu
-
Magazin219:40Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
Səhiyyə19:30İlkin İsmayılov vəzifəsindən azad edildi
-
Rəsmi xronika17:48İlham Əliyev Məhəmməd Baqir Qalibafı qəbul etdi
-
Rəsmi xronika14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial13:20Sabah yağış yağacaq
-
Sosial12:58Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı












.jpg)






















