Kriminal
Masallıda 36 yaşlı kişi həyat yoldaşını öldürmək istədi
Avqustun 28-i saat 10 radələrində 1991-ci il təvəllüdlü Elza Ağayevanın Masallı rayonu ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Publika.az Masallı rayon Prokurorluğuna istinadən xəbər verir ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Ariz Ağayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Elza Ağayevaya çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Ariz Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
-
İnanc21:36Ramazanın 19-cu gününün duası - İftar və imsak vaxtları
-
Magazin121:00Xuramanın makiyajsız halı gündəm oldu - Video
-
Sağlamlıq20:24Qəhvə qan təzyiqinə görün necə təsir edir
-
İnanc19:36Bu gün ilk Qədr gecəsidir
-
Nida Xəbər 17:55Çin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi
-
Nida Xəbər 17:45Əlcəzair İranın Naxçıvana PUA hücumundan narahatdır - Attaf
-
İqtisadi gündəm17:26İran münaqişəsi ərzaq qiymətlərini bahalaşdıracaq
-
ABŞ16:40ABŞ İranda hərbi əməliyyatlara neçə milyard dollar xərcləyib?













.jpg)

























