Kriminal
Əvvəlcə qonşuları tonqal başına yığdı, sonra isə görün nə etdi...
“Karantindən sonra işsiz idim…”
Qonşuların tonqal başına yığışmasını fürsət bilən şəxs mənzildən oğurluq edib. O, oğurluq etməsini işsizliklə əlaqələndirib.
Publika.az Musavat.com-a istinadla xəbər verir ki, 32 yaşlı Murad (ad şərtidir) daha əvvəl narkotik istifadəsinə görə məhkumluq həyatı yaşayıb. Murad sonuncu dəfə bu ilin mart ayında qonşusunun evindən oğurluq edib.
Belə ki, çərşənbə axşamı qonşuların tonqal başına yığışdığını görən Murad mənzillərdən birindən 1000 manat dəyəri olan televizor və 100 manat nağd pul götürərək arxa qapıdan qaçıb. Televizoru gecə ilə sata bilmədiyi üçün öz evlərinin zirzəmisində gizlədib.
İfadə verən Murad deyib ki, marşrut avtobusu sürücüsü olub. Amma xüsusi karantin rejimindən sonra işsiz qalıb. Himayəsində 2 azyaşlı uşaq var və bu səbəbdən də bəzi maddi sıxıntıları olub. Qardaşı da Vətən Müharibəsində iştirak edib xəsarət aldıqdan sonra onun da səhhəti ilə əlaqədar müəyyən xərcləri yaranıb. Maddi çətinliklər üzündən oğurluq etmək qərarına gəlib.
Murad deyib ki, həmin günün səhəri ona tanımadığı nömrədən zəng gəlib və polis idarəsinə dəvət ediblər.
“Başa düşdüm ki, mənim etdiyimi biliblər. Evdəkilər də bilməsin deyə televizoru götürüb polisə getdim” - deyən Murad zərəri ödədiyini, zərərçəkmiş şəxslə barışdığını söyləyib.
Zərəçəkmiş şəxs də ondan şikayətçi olmayıb.
Ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına təyin edilib.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)




















.jpg)
.jpg)





