Kriminal
Azərbaycanda məhbus polkovnikdən həbsdəki hərbçiyə qarşı ŞOK FIRILDAQ
Həbsdə saxlanıldığı cəzaçəkmə müəssisəsində məhbus yoldaşına qarşı dələduzluq etmiş polkovnik rütbəli şəxs barəsində yeni cinayət işi açılıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, bir neçə il əvvəl ağır cinayət əməllərində təqsirləndirilən C. Hüseynov həbsdə saxlanılan keçmiş hərbçi T. Talıbovu aldadaraq onun yaxınlarından 22 min manat pul alıb.
Əvvəllər yüksək vəzifədə çalışmış və törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmiş C. Hüseynov məhkəmədə yaxın tanışlarının olduğunu bildirərək T. Talıbovu azadlığa çıxaracağına inandırıb. Bu yolla o, keçmiş zabitin yaxınlarından 22 min manat pul alıb.
Lakin sonradan C. Hüseynovun dələduzluq əməli üzə çıxıb və onun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü, yəni dələduzluq maddəsi ilə yeni cinayət işi açılıb. Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmədə bildirilib ki, C. Hüseynova əvvəlki əməllərinə görə 2018-ci ildə 13 il 6 ay həbs cəzası təyin edilib. Onun cəzası yeni iş üzrə təyin edilmiş cəza ilə birləşdirilərək 16 il edilib.
Bundan başqa, C. Hüseynovun aldadaraq aldığı 22 min manatın zərərçəkmiş hərbçinin ailəsinə qaytarılması da hökmdə qeyd edilib.
Turqut Seyidov
-
Cənubi Qafqaz20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə19:40Azərbaycanda zəlzələ oldu
-
Magazin119:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
-
Nida Xəbər 16:32Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak etdi - FOTO
-
Avropa14:21Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək
-
İdman13:31UEFA-dan FİFA rəhbərinə qarşı sərt addım: Daha qətiyyətli tədbirlər görüləcək
















.jpg)



















.jpg)
.jpg)

.jpg)